8/08/2016

Bir səbəb göstər…

13876698_1625253241118264_3224772234038323943_n (1)
“Bağışla, məni” deyirəm sənə…
Niyə?
Özümdәn çox sevә bilmәrәm sәni…
Qınama mәni…
Sabah sәn dә gedәcәksәn, qayıdacaq tәnhalığım, sükunәtim… Әn yaxşısı budur, heç sevmәyim…
Mәnә bir sәbәb göstәr, o bir sәbәbindә әks olunsun başqa, yüz, min sәbәbin… O sәbәb ki, inandıra bildirsin mәni… Niyə sevməliyəm səni özümdən artıq…
Mənə bir səbəb göstər, o səbəb bəs etsin mənə… Susdursun məni… Cavab olaraq gətirə bilməyim digər səbəbləri, bəhanələri…
Mənə bir səbəb göstər, varlığımla təslim olum, vaz keçim sənlə mübarizədən…
Mənə bir səbəb göstər, getməyim səndən, buraxmayım əlini… İnad etməyim, rədd etməyim səni, inkar etməyim varlığını…
Mənə bir səbəb göstər, özümü, səni unutmamaq üçün… Bircə səbəb göstər niyə unudulmamalıyam, niyə unudulmamalısan…
Elə bir səbəb olsun ki, qane etsin məni… Sadəcə susum, razılaşım…
Yoxdursa, səbəbin, sus və burax məni, qoy, çıxım gedim… Sən öz yoluna get, mən öz yoluma…
Bir az  da düşün, bəlkə bir səbəb tapdın, dediyim kimi…
Отправить комментарий