8/13/2016

Adını silirəm bu gündən…


13716109_10207538482560530_8295088607677141205_n
Çox sağ ol, dostum,
Tək qoydun məni dərdlərimlə…
Çox sağ ol, gözümü açdın sən,
Bildim, kimsən əslində…
Çox sağ ol, dostum,
Anladım ki, heç kiməm,
Bəlkə heç nəyəm…
Eybi yox, bu günün vardır sabahı…
Adını silirəm bu gündən…
Silirəm hər yerdən…
Xatirələri də silirəm,
Səsini də, baxışını da,
Əllə salamlaşmağı da,
Zarafatları, təbəssümü də…
Silirəm səni, yaddaşımdan,
Fikirlərimdən, qalmaram daha nigaran…
Bir də qəlbimdən, bir ağrım az olar…
Bir yüküm az olar bu gündən belə…
Adını silirəm, dost dəftərindən…
Harada adın varsa, silirəm…
Silsəm yaxşıdır…
Sənin öz yolun var, mənim öz yolum…
Adını silirəm, borc dəftərindən,
Sənə insanlıq borcum qalmayıb…
Borclu da deyildim sənə…
Sadəcə insanlıq var məndə…
Bu qədər yetər…
Adını silirəm, insanların siyahısından…
Haqsız oldun, günahkar özüməm…
Səni özümə dost bildiyimdən,
Səndən bu qədər küsgün biriyəm…
Adını silirəm, telefonumdan,
Sosial şəbəkələrdən…
Nəyə gərək axı qalmasın daha,
Nə sənə zəng edəcəyəm,
Nə sənə yazacağam,
Nə səni axtaranam mən…
Nə də ki, sən…
Adını silirəm, dostlarımın yanında,
Adın çəkilməsin daha…
Onlar üçün yaxşı ol,
Mənim üçün olmasan da…
Отправить комментарий