7/01/2016

Hərf və rəqəm insanlar...


İnsanlara baxanda, hərflər düşər yadıma. Hərflərə bənzədirəm insanları…
A- a kimi körpü, keçid dövründə olan başlanğıcdan birbaşa sona çatmaq istəyən insanlar var, özlərini birinci sayanlar…
B-b kimi kiçik bir və böyük iki dairəsi olan, təkrara meylli insanlar var… B kimi “bazar adamları” da var b adamları arasında…
C- c kimi ciddi və bir az yarımçıq qalmış var, cəld olsalar da, hərəsindən bir azdırlar…
Ç- ç kimi çox istəyərlər, amma ç kimi yarımçıq qalmış qəmiş insanlardır… Düşünürlər ki, çoxbilmişdilər, əslində isə çatmır yetərincə bilik və savadları…
D- d kimi yarı qəti, yarı yola verən, əyilə bilən, fikrindən dönən insanlar var. Dairəsi yarımçıq qalan və kəsilən insanlardır. D kimi diqqətsizlik, dəyərdən düşmə, dirilməyə və durulmağa ehtiyacı olan insanlar var…
E- e kimi dişləri olan, it kimi qapa biləcək, ehtiyatlılıqdan uzaq insan var. E-konkret bir yerə istiqamətlənmiş olur. Etibar etmək də bəlkə müzakirə və düşünülməli olan məsələdir.
Ə- ə kimi əzizlənmiş, əyilməmiş, dairəsində xəttlər, fərqlər, istiqamətləri çox olan əməksevər insanlardır…
F-f yarımçıq qalmış və tam formalaşmamış E hərfi kimidir… Fdeyəndə, fırıldaq, fikirləşərək “fırlatmağı” bacaranlar yada düşür.

Ardı var…

Отправить комментарий