6/06/2016

Vurduğun sillə…

13244793_10207073190568521_5455695611889068465_n
Ramil Mərzilinin “Vurmadığın sillə” şeirinə cavab
Bax, dilləndi ağrılarım,
Sükunətin içindəykən…
Bax, sən vurdun ilk silləni,
Silkələdin iç dünyamı…
Bax, susmur dərin yaralarım,
Kəndir asıram boynuma…
Hər sətirdə göz yaşlarım,
Hər sətirdə vardır dərdim,
Hər sətirdə susmalıyam,
Tükənmişdir artıq səbrim…
Mən gedirəm addım-addım
İrəliyə doğru ancaq…
Mən qalxıram pillə-pillə,
Zirvədir son təyinatım…
İçimdədir, gizli qalan,
Sözə gəlməz ah-fəryadım…
Bir ayna ver, qoy bir baxım,
Həyat məni neyləyibdir?
Üzüm qırış, ağdır saçım,
Qocalıram gündən günə…
Vur yenə mənə bir sillə,
Qoy yatmayım, tam oyanım…
Отправить комментарий