6/08/2016

Sevdiyim ikinci kişisən…


Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirəIMG_6503
Sevdiyim ikinci kişisən…
Niyə ikinci?! Birinci atamdır!
Tanısam da, tanımasam da!
Atamı çox sevirəm, sonra səni…

Sevdiyim ikinci kişisən…
Niyə ikinci?-etirazım var!
Haqlısan, amma sual verirəm,
“Birinci olmağa layiqsən, səncə?!”

Sevdiyim ikinci kişisən…
Sonra olacaq üçüncü kişi,
O da səndən doğulacaq oğlum,
Sonra olacaq dördüncü kişi,
Unutmusan, qardaşım var?!
Отправить комментарий