6/08/2016

Bir kişisi olmalı qadının…


13179460_10207016509031518_2796508613052158595_n
Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə
Bir kişisi olmalı qadının,
Güclü, ağıllı, cəsarətli, qeyrətli,
Bir baxışdan anlayacaq qadınını,
Sözlərə qalmayacaq ehtiyac…
Üzməyəcək onu, heç bir zaman…

Bir kişisi olmalı qadının,
Qoruyacaq onu qalasıtək,
Sahiblənəcək ona yadlaşmadan,
Olacaq hər kəsi, əri, dostu,
Sevgilisi, yol yoldaşı, sirdaşı…

Bir kişisi olmalı qadının,
Suallara birgə cavab verəcək,
Qadını insan biləcək, əzizləyəcək,
Dinləyəcək qadınını, onu sevəcək,
Dəyər verəcək, hər kəsdən üstün bilərək…

Bir kişisi olmalı qadının,
Qadınına inanan, qısqanmayan,
Uğurlarına sevinən, fəxr edən onunla,
“Sevgilim, səni sevirəm” deyəcək,
Etibarlı, səbrli, hazırcavab, zarafatcıl…

Bir kişisi olmalı qadının,
İkinci kişisi, atasından sonra,
Ona əmanət kimi yanaşacaq,
Doğma, sevimli, diqqət ilə,
Qəlbinə sahib olacaq sevgisi ilə…

Bir kişisi olmalı qadının,
Lazım gələndə, atası olsun,
Qardaşı olsun, oğlu olsun,
O qədər doğma, o qədər yaxın,
Qan qohumudur sanki…

Bir kişisi olmalı qadının,
Azadlıqdan qorxmayan,
Gözəllikdən bezməyən,
Gözü tox, halal insan,
Tək bir qadını o, olsun…

Bir kişisi olmalı qadının,
Öləndən sonra da sevgisi,
Özü olməyən, yaşayan,
Yaşadılan bir kişi…
Hər kəs aparsın həsəd…

Bir kişisi olmalı qadının,
Həkimtək xəstəlikdən sağaldan,
Dərdlərini unutduran,
Xoşbəxt edən, güldürən,
Hər şeyini birlikdə edən…

Bir kişisi olmalı qadının,
Başqa qadınların dilində dastan,
Yuxusuna girib rahat qoymayan,
Qadınını zirvələrə qaldıran,
Sadiq, gözəl sevgisiylə yaşayan…

Bir kişisi olmalı hər bir qadının…
Bu qədər doğru, sadə və anlaşılan…
Отправить комментарий