6/06/2016

Atalarımız indi belə deyərdi:

IMG_6503
Çoxdandır, bu mövzu ilə bağlı yazmaq istəyirdim, nəhayət ki, imkan oldu, vaxt tapdım.
Atalar sözü, məsəlləri, aforizmlərin təhlili və müasir zamana uyğunlaşdırılması bu günkü mövzumdur.
Bir neçə atalar sözünü qeyd edəcəyəm, müasir zamanda yaşasaydılar, nə deyərdilər?
Söz var kəsdirər başı, söz var kəsər savaşı...
Söz var, gələr, keçər, söz var, dələr, keçər...
ƏsliMüasir halı
Ev kimindir?- Oturanın.
Söz kimindir?- Götürənin.
Ev kimindir?- Gələnləri qarşılayan, gedənləri yola salanın.
Söz kimindir? – Ev yiyəsinin bütün zibillərindən xəbərdar olanın.
Sözün doğrusunu uşaqdan xəbər al.Sözün doğrusunu hirslənən, spirtli içki içib ayıq vaxtı olmayan böyükdən və təzə dil açan uşaqdan soruş.
Saqqalım yoxdur, sözüm ötmür.Pulum, “arxam” yoxdur deyə, sayanım yoxdur.
Səhrada gül bitməz, cahilə söz yetməz.Nə qədər sulasan da, nə qədər qulluq etsən də, səhrada bitməz ağaclar, nə qədər sevsən də, nadana çatmaz...                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  
Adam ağzında söz, qazan altında köz.Adamın ağzında söz od kimidir, gah artar, yandırar, gah azalar, soyudar, sönər...
Adamın başına nə gəlsə, dilindəndir.Adam dilini dinlərsə, başı bəladan açılmaz.
El içində, öl içində.Qiymət qalxar el içində, maaş ölər, sən öl içində...
Ağıllı kişini falçılar sevməz.Ağıllı müştərini yerli və özəl maliyyə institutları sevməz.
Ağıllı qəm yeyər, dəli-qamçıAğıllı əmanətinin faizini xərcləyər, dəli kredit və borc ödəyər.
Qələm əyri yonulsa da, doğru yazar.Tənqidçi, satirik nə qədər tənqid, təhqir edilsə, söyülsə də, doğrunu yazar.
Yazılan pozulmaz.Yazılanın pozulması üçün yazan adam tapılar, pozular.
Rəhmət yazana, lənət pozana.Lənət yazana, rəhmət pozana.
Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.Çox “yaşayan” çox bilməz, çox “gəzən” çox bilər.
Ər-arvadın savaşı-yaz gününün yağışı!Ər-arvadın savaşı-yarının boşanması!
Qız axtarana arşınmalçılıq da yaraşar.Qız axtarırsansa, hər iş əlindən gəlməlidir ki, öhdəsindən gələsən.
Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalanı gərək.Qız alan ya pullu olmalıdır, ya şirin dilli, ya da mahir yalançı.
Qız bəzəkdir, oğul şərəf.Qızını bəzə ki, bəzəyin olsun, gərəyin olar, oğlunu öy ki, şərəfin olsun, qorumağa kiminsə olar...
Qız kəsilməmiş qarpız kimidir.Qız kəsilməmiş qarpız, qırılmamış qoz kimidir, çürüyü də var, çürük olmayanı da.
Qız özgə çırağını yandırar.Qız özgələrinin evini yıxar və canını yandırar.
Oğlanın oğlan oyunu var, qızın- qız oyunu.Oğlanın “oğlan oyunu” var, qızın- “qız oyunu”.
Uşağı yüz öyrət, gördüyünü deyəcək.Uşağı yüz öyrət, gördüyünü deyəcək, cibinə pul qoy, nə desən, deyəcək.
Yazda çalan, qışda oynar.Yazda “çalan”, qışda “oynar”.
Kürkü yayda al, orağı qışda.Qızdırıcını yayda al, kondisioneri qışda.
Quru palçıq divara yapışmaz.Quru palçıq divara yapışmaz, quru insan da könülə yapışmaz.
Çirkaba daş atma, üstünə sıçrayar.Gördün çirklidir su, alma əlinə daşı, atmağa, daş qalacaq çirkabda, sıçradacaq ətrafa çirkabı, gördün bataqlıqdır, getmə yaxına, batdıqca, batarsan, qurtaran olmaz...
Gəzən ayağa daş dəyər.Nə qədər çox “gəzərsən”, bir o qədər ayaqların yara bağlar...
Qurd adını dəyişər, xasiyyətini dəyişməz.İnsan, bank adını dəyişər, fırıldağını dəyişməz.
Zər qədrini zərgər bilər.Pulun qədrini onu halal zəhmətiylə qazanan bilər, insanların qədrini insanlığı olan bilər.
Anlayana qul ol, anlamayana ağa olma.Anlayan da ola bilər anlamasın, anlamayan, nə ağa ol, nə də ki, qul...
Отправить комментарий