5/10/2016

Qaralama…


IMG-20160324-WA0020
Sus, danışma, sözlәr mәnasızdır artıq…
Sus, danışma, hәr sözündә yalanlar ayaq açıb yeriyir…
Sus, danışma, sәn daha heç kimsәn, düşdün gözlәrimdәn, bir vaxt doğma idin, indi yad, yağı…
Sus, danışma, nә dәyişәcәk ki, dediklәrinlә.
Sus, danışma, danışdıqca, başımı götürüb qaçıram, uzaqlaşıram, iyrәnirәm sәndәn… Bu qәdәr olma ucuz, deyilәm avam, sәfeh…
Sus, danışma, hәr şeyi bilirәm… Susuram…
Sus, danışma, alma vaxtımı, unutdurma xoş xatirәlәrimi sәninlә bağlı…
Sus, danışma, pozma sükunәti… Baxışlarından bilirәm әsl gerçәyi… Hәyatında tәk, özәl, dost deyilәm…

Ürәyimә sәn dağ çәk, keçmiş günahlarıma olsun cәzam…
Ürәyimә bir dağ çәk, susmağa olum mәhkum…
Ürәyimә bir dağ çәk, unudum unudulmağımı…
Ürәyimә bir dağ çәk, sәn qurban ol, mәn günahkar, çәkim tәk çiyinlәrimdә ağrılarımı… Ürәyimә bir dağ çәk, dәrin iz qoysun, yaralasın, qanatsın, kimliyimi xatırlatsın mәnә… Hәr sәni görәndә, adın çәkildikcә, ağladıqca ağlayım, sәbәbsiz olsa da, sәbәbi özümün ağılsızlığım…
Mәnә elә bir dağ çәk ki, bilim ki, insanam, son nәfәsim gәlir, gedir, yaşayıram son anımı… Dağı ürәyimә sәn elә çәk ki, ürәk dözmәsin, partlasın, mәni öldürsün, ol xilaskarım..

Отправить комментарий