5/31/2016

Ölüm səndən mən qorxmuram…

Ölüm, səndən mən qorxmuram… (satirik, yumoristik)
İnanmırsan?! Nahaq yerə!
Gəlirsən?! Gəl!
Xoş gəlmişsən!
Açıqdır qapım, keç içəri,
Otur lap yuxarı başda…
İstəyirsən əcəli də çağır, gəlsin,
Etsin sənə - qardaşına indi yardım,
Boğsun məni suda,
bilir axı, üzə bilmirəm, hələ də…

Ölüm, səndən heç qorxmuram…
Düşsə də, başıma
özüm boyda daş,
Qalım lap daşın altında,
nə olsun ki,
nə var burda şişirdiləsi, qorxulası?!
Vursun maşın, qatar,
tapdalasın at,
Tikələrim düşsün pərəm-pərəm…

Ölüm, səndən bax, qorxmuram,
At məni eyvandan üzü aşağı,
Olsun zəlzələ,
Dağılsın bina,
qalım altında,
sağ çıxmayım
bircə qorxuram oddan,
Yandırma məni, diri-diri,
yanmayım sağkən…

Ölüm, səndən heç qorxmuram…
Bu həyatda nəyim var ki?!
Nə qoyuram özümdən sonra mən insanlara?
Axı heç nə?!
Qalım nigaran kimdənsə?!
Yoxdur elə birisi,
hamısı silibdir məni…
Nə nəyim var, nə də kimsəm itiriləsi…

Ölüm, səndən heç qorxmuram,
Lap olsun,
yol qəzası,
çevrilsin içində olduğum maşın…
Hər kəs sağ çıxsın içindən,
yaşasın…
Bir məndən savayı…
Mənim sınsın hər yerim,
son nəfəsim gəlsin, getsin…

Ölüm, səndən heç qorxmuram,
İnanmırsan mənə yenə?!
İstəyirsən kəsim damarlarımı?!
Yoxsa asım özümü,
kəndir bağlayım boğazıma…
Bəlkə dərman içim çoxlu sayda,
Fərqli fərqli, rəngbərəng, acılı, şirinli,
Təsir etsin mənə, vurmasın ürəyim…
Ya da ki, vursun elektrik cərəyanı, ildırım,
At məni göyə, çırp sonra yerə,
Yüksəklikdən qorxuram axı...

Ölüm, səndən heç qorxmuram,
Onsuz da deyiləm sağlam,
Xəstəlik verməklə,
qorxuda bilməzsən məni…
Cəsarətliyəm, çağırıram səni duelə…
Bacarırsan, göstər məharətini…
Qorxutma məni,
sadəcə gəldinsə,
apar özünlə…

Ölüm səndən mən qorxmuram...
Getsəm də, ön cəbhəyə,
Partlasın mərmi,
qəlpələr girsin bədənimə...
Qoy əzsin məni tank
tırtıllarının altında...
Ən öndə olum,
bayrağımı qaldırım,
İrəliyə doğru gedim,
qaçım sevincimdən...
Qələbə bizimdir axı,
inandırmalıyam hər kəsi,
özümü belə...

13173691_1010225432417790_5548564690408890466_n
Отправить комментарий