4/18/2016

Sən olmalıydın

10384680_10202706119234467_3816496827563660800_n
Bir dəli etiraf etmək keçir könlümdən... Amma içimə salıb, susuram hər zaman... Özümə belə etiraf etmək istəmirəm... Özümdən, etiraflarımdan ehtiyat edirəm
İlkim sən olmalıydın... Hər yerdə, hər işdə, hər arzumda, məqsədimdə... İlkim və sonuncum...
İlk sən tutmalıydın əllərimdən...
İlk sən öpməliydin alnımdan, gözlərimdən...
İlk sən etiraf etməliydin mənə sevgini...
İlk səni sevməliydim...
İlk dostum, sirdaşım sən olmalıydın...
İlk yazdığım yazımı sənə yazmalıydım, sən olmalıydın qəhrəmanım...
İlk sən olmalıydın məni qoruyan, qədrimi bilib, xətrimə dəyməyən, əzizləyən...
İlk sənin üçün gülümsəməli, ağlamalıydım səninlə birlikdə...
İlk gəzintim də, istirahətim də, sənlə olmalıydı...
Qəlbimə və evimə ilk sən girməliydin...
İlk sən çəkərdin mənim şəklimi...
İlk sənlə içməliydim eşq badəsindəki qırmızı şərabı, sənlə qeyd etməliydim uğurlarımı...
Buraxacağım ilk kitabımı ilk sənə hədiyyə etməliydim...
İlk sən yazmalıydın tənqidini, ilk sən söyləməliydin tərifini...
İlk sən olmalıydın anlayanım, danlayanım, həyat yolumun işıqları sönərkən mayakım...
İlk sən olmalıydın göz yaşımı silən, kədərimə, sevincimə ortaq olub, qucaqlayan...
İlk sən olmalıydın mənə qorxmamağı öyrədən...
İlk sən öyrətməliydin mübariz olmağı, mübarizə aparmağı...
İlk sən seçməliydin mənim üçün mövzuları yazılarıma...
İlk sən fəxr etməliydin mənimlə, uğurumu paylaşmalıydın tanıdığımız hər kəslə...
İlk sən əlimi elə bərk tutmalıydın ki, buraxmamalıydın...
İlk sən baxmalıydın mənə vurğun baxışla, bəzən susmalıydın, bəzən sadəcə dinləməli, bəzən deməliydin, danışmalıydın...
İlk sən olmalıydın zarafat etdiyim...
İlk səndən almalıydım hər bayrama hədiyyəmi...
İlk səndən almalıydım təbrik ismarıclarını, dilədiyin arzuları...
İlk sənin üçün bişirməliydim yeməyi, çay dəmləməliydim sənə...
İlk və tək sən olmalıydın ilham pərim, muzam...
İlk sən olmalıydın mənə doğrularımı, yanlışlarımı söyləyən...
İlk sən qoymamalıydın məni yıxılmağa, büdrəməyə...
İlk sən mənə gələn zərbələri, atılan daşları dəf etməliydin...
İlk sən oynamalıydın saçlarımla...
İlk sən qoxlamalıydın qoxumu, boynuna başımı qoyduğum zaman...
İlk sən toxunmalıydın mənə...
İlk ad günü tortumu sənlə kəsməliydim... İlk tikəni sən yeməliydin...
İlk sevgi şeiri, məktubunu səndən almalıydım...
İlk sənin olmalıydım, sənə məxsus olmalıydım...
Sən olmalıydın mənim sevgilim, uşağımın atası, həyat yoldaşım, sənin üçün olmalıydım hər kəs, f....n belə... Paylaşmamalıydın məni kiminləsə... Qısqanmalıydın, paxıllamalıydın, mülkiyyətin bilməliydin, qadağalar qoymalıydın mənə...
Susma, danış, niyə yoxsan, niyə olmadın nə ilkim, nə təkim, nə də ki, sonuncum...
Zaman keçdikcə, kənarda baxdın, susdun, gizlətdin içindəkiləri, fikirlərini, hisslərini, arzularını... Sən susmaqla səhv etdin, mənsə sən susduqca, sənsiz yaşadığım həyatımda ardıcıl olaraq səhvlər etdim...
Sən yoxsan, olmadın ilkim, təkim, sonuncum, hələ də susursan...
Qaldırıram bu badəni sənin şərəfinə, yoxluğunun şərəfinə, sükunətin şərəfinə!

Отправить комментарий