4/28/2016

Kişi deyil…


IMG_6503
Mənim üçün kişi deyil, hər özünü kişi sayan, cinsi kişi olan…
Mənim üçün hər yoldan ötən qadın və qıza söz atan və pis niyyətlə baxan, əxlaqsız hərəkət edən kişi deyil…
Mənim üçün dost adıyla qadın, qız, gəlin tutmaq istəyən o… lar kişi deyil…
Mənim üçün tanımadığı və tanıdığı hər kəsə f… kimi yanaşan və adlar, damğalar vuran, insana qiyməti ağıl və əxlaqına, savadına görə deyil, geyiminə, işinə və sosial statusuna, puluna görə verənlər kişi deyil…
Mənim üçün halal xanımını evdə otuzduran, işləməyə qoymayan, qısqanan, paxıllayan, özü isə kənarda ova çıxan ovçu kimi davranan insan kişi deyil…
Mənim üçün başqalarının sözü ilə digər insanlara qiymət verən, kiminləsə başqasının sözü ilə ünsiyyətdə olan, ünsiyyətini bitirən, öz analitik ağlı, fikri, məntiqi olmayan, düşünməyi bacarmayan təmbəllər kişi deyil…
Mənim üçün evdə oturub işləməyən, evinin qadın və qızını önə verən və onun çörəyini yeyən, evinə dəstək, dayaq olmayan, ailəsini saxlamayan avaralar kişi deyil…
Mənim üçün evinin qadınlarından savayı, bütün qadınları əxlaqsız sayanlar kişi deyil…
Mənim üçün xanımından ayrılandan sonra övladını anasından ayıranlar, keçmiş xanımı haqqında ağzına gələni danışanlar, xanımına şər atanlar, övladını anasına verib, övladını tərbiyə etməyən, axtarmayan, atasız qoyanlar, maddi kömək etməyənlər kişi deyil…
Mənim üçün bir xanım və ailəsini güclə saxlayıb, ailəsinin boğazından kəsib, kənarda daha bir neçə qadını saxlayıb, 4 arvad eşqinə düşənlər kişi deyil…
Mənim üçün evlənənədək qızı sevən, qoruyan, hörmət edən, yaxşı insan olub, evlənəndən sonra buynuzunu çıxardan, dəyişənlər kişi deyil…
Mənim üçün insanın etibarından sui istifadə edənlər, səmimilik, təbiilik və saflığı zəiflik bilib, qadını əzmək və gözdən salmaq istəyən, qadına şər atanlar kişi deyil…
Mənim üçün zorlayan, döyən, söyənlər kişi deyil…
Mənim üçün qadını, uşağı, yaşlını incidən, ağladan, kobudluq edənlər kişi deyil…
Mənim üçün həörbi xidmətdən qaçanlar, özünü yararsız çıxardanlarƏ, vətən uğrunda ölməkdən qorxanlar kişi deyil…
Siyahını uzatmaq olar…
Отправить комментарий