4/25/2016

Fərqliyik səninlə…


IMG-20160324-WA0020
Biz səninlə fərqliyik, sanki birimiz zirvəyik, birimiz uçurumdakı son aşağı nöqtə, quyunun dibi…
Biz səninlə fərqliyik, sən susan, axırsan öz cığırınla, sakitsən üzdə, mənsə odam, sən mənim odumu söndürməlisən əslində, hirsləndiyim zaman…
Sən yağışsan, mən aydın, buludsuz hava…
Sən bataqlıqsan sanki, mən güllü, ağaclı, gözəl təbiət…
Sən ağ-qara yuxusan, mənsə rənglənmişəm min çalara…
Sən sünisən sanki, mənsə təbii…
Sən gecikirsən, mən tələsirəm…
Sənin addımların yavaş, mənsə sanki harasa qaçıram… Mən yeridikcə, mənə çatmırsan, qalırsan arxada…
Sən dayanırsan hər addımında, mənsə irəliyə gedirəm ancaq… Bitmir enerjim, özümə əminəm… Sənsə, tərəddüdlər içindəsən…
Sən qəlbləri qırırsan, insanları incidirsən, mənsə ancaq özümü qırıram, özümü incidirəm… Başqalarına qıymıram, gücüm çatmır, istəmirəm…
Sən pissən sanki, şərsən, xəta, səhvsən, mən yaxşı, xeyir, doğru olan…
Sən yalansan, mənsə həqiqət…
Bu qədər fərqliyik, bu qədər ziddiyyət var aramızda… Səni sevə bilmirəm… Məni bağışla…
Отправить комментарий