4/29/2016

Bu gün səni qaraladım...

IMG_6503
Sabiq dostlarıma ithaf edirəm...
Bir zaman "salam"dan başladı ünsiyyətimiz, insanlıq var içimdə, insanlara sevgim də bitəcək bir gün, səbrim tükənsə, düşəcək insanlar qara siyahıma...
Günahı özümdə görürəm, insanların mənə mənfi münasibətində... Üzügülər olmağım, zarafatcıl, şən olmağım, saflığım, niyyətimin xoş olması, insanlara bağlanmağım, fədakarlığım, dostcanlığım, mehribanlığım, səmimiliyim əslində mənfi cəhətlərimdir... Çünki başqa cür tanıdır məni insanlara...
Yaradıcı və səbrli insanam, amma həssasam, kövrəkəm, tez inciyənəm... Sevmirəm məni aldadanları, xəyanəti, yalan danışanları, yola verənləri... Gözümdən bir dəfə düşdüsə, şans verə bilmirəm, şans verməyim, bağışlamağım başıma bəladır... 
İnsanlarda tez-tez yanılıram, tez doğma olurlar mənə... Yaxşı insan olmaq, rola girməmək pisdirmi? Olduğum kimiyəm, şişirtmədən, nöqsanlarım, mənfilərimlə...
Dostdan, yaxınımdan zərbə, yalan, xəyanət gözləmirəm, çünki mən bunları dostlarıma qarşı etmirəm... Dostluq mənim üçün bir sevgidir, bağlılıqdır, doğmalıqdır, etibardır, hörmətdir, anlayışdır... Qəbul edilmirsə və qarşılığı yoxdursa, münasibətləri qoruyub saxlamaq və dostluğun bitməməsi üçün mübarizə aparmaq, əbəs yerə əsəb və vaxt itirmək nə dərəcədə doğrudur axı...
Dözümlüyəm, səbrliyəm, anlayanam, bir yerə qədər...
Dünən yad idin, bu gün dost kimi yazdım səni həyatıma, sabah da pozacağam... Çox özünə güvənmə...
Susuramsa, sadəcə baş qoşmuram, susuramsa, səni öyrənirəm, tanımağa başlamışam - deməkdir əslində...
Susuramsa, susaraq siləcəyəm səni dostluğumdan, həyatımdan... Nə qədər doğma olsan da mənə... Hər başlanğıcın bir sonu vardır...
Səni dost kimi sevsəm də, doğmam olsan da, xətrini çox istəsəm də, qarşılıq görmədimsə, bitəcək dostluq...
Qeyri-müəyyənliyi sevmirəm... Ya yanımdasan, dostumsan, ya da ki, dostluq etməyi bacarmırsansa, bitirək dostluğu... Nə şiş yansın, nə kabab...
Hələ yaxşı insan olmağımdan sui istifadə etmək, gözdən salmağa çalışmaq, arxamca danışmaq, qruplaşaraq digər dostlarınla məni müzakirə etmək insanlıqdandırmı? Sənə dostluq lazım deyil, dostluq etməyi bacarmırsan...
Əlvida, bu gün səni qaraladım... Qaraladıqca, adınızı dost siyahımdan, həyatımdan dərhal silinirsiniz... Növbədə kim vardır, hələ ki, bilmirəm...
Qara rəngi sevməsəm də, qaralamalıyam, iqnor etməyi, biganəliyi sevməsəm də, bunu etməliyəm...
Əfsuslar olsun ki, dostluq etməyə başlayanda, salam verəndə, düşünmürəm ki, bu insan da insan olmayacaq, dostluğumuza layiq olmayacaq...
Ağlasam da, üzülsəm də, peşiman olsam da, bu dostluğa görə, yenə sınmıram... Çünki bilirəm, xilas olmuşam səndən...
Əlvida...
Отправить комментарий