4/08/2016

Bilmək istəsən əgər?! (romantik bənzətmə)

verə bilərsən mənə?
  • Baxır sualına…
  • Sən məni istəyirsən?
  • Bəli, çox…
  • Necə axı? Çox deyəndə, o çoxu açıqla mənə…
  • Təyyarə, qatar, avtobus,  gəmi, taksini hərəkətə gətirənlər, idarə edənlər necə sevir öz sərnişinini, mən də səni elə istəyirəm…
  • O necə olur?!
  •  İstəyirsən, bütün vaxtı dolu olsun kabinan, boş yer qalmasın zalında, sərnişinsiz qalmayasan… Yoxsa, zərər olar sənin üçün…
  • Sonra?
  • Qatar relsləri, gəmi dəniz sularını istəyən kimi… Qatar relssiz, gəmi dəniz suyu olmadan hərəkət edə bilməz axı… Rels və su onların yoludur… Yol olmazsa, onlar da yoxdur, mənim kimi…
  • Maraqlıdır, davam elə… Başqa necə?!
  • Yuxu kimi… Vaxtı gələndə, yatıb onu görmək istəyirsən, ayılmaq istəmirsən, ayrı dünyadasan… Vaxtı gələndə, yatmadınsa, küsür səndən, qaçır gedir, sənin kimi…
  • Xoşdur mənə, davam elə…
  • Səni dünya bazarında baha qiymətə satılan, tələb edilən, tükənməyən milli sərvət, təbii ehtiyat kimi istəyirəm… Axtardım, tapdım, kəşf etdim, sonra səndən mənə xeyir gəldi, sayəndə diqqət mərkəzindəyəm, sayəndə mənə tələbat var…
  • Elə bu qədər?!
  • Yox, səni insanın gündəlik tələbatı olan hava, su, qida kimi istəyirəm, bir gün qalmağım mümkün olmur, çatışmır, halım pisləşir…

Отправить комментарий