3/02/2016

Olmur, olmasın (M.Ə.Sabirə nəzirə)

Kişi:
  • Ay molla, qız hələ uşaqdır axı? Günah olmaz, olacaqmı bunun savabı?
  • Olsa da, günah, yoxsa savab, istəyirəm onu almaq, olmur olmasın!
Molla:
  • Allah yerinə mən verim sənə halallıq, vardır savab, qızışmaz qız uşağı!
  • Qız nədir, təhsil, məktəb nədir, getsin ərə, doğsun uşaq!Savad olmur olmasın!
Gənc:
  • Ay ata, girmir beynimə, bu kitab, yorub məni təhsil, oxumaq!
  • İstəyirəm gəzmək, əyləncə, qızlar, oyunlar, təhsil olmur olmasın!
Ata:
  • Gir ali məktəbə, getmə əsgərtək hərbi xidmətə, bir az səbr elə!
  • Sonra özüm oxudaram səni, beynində nəsə olmur olmasın!
Ər:
  • Arvad dinləmir məni, deyir sözünü, gündə dır-dır, davadayıq!
  • Evdə var bir arvad, evdən kənar başqaları, sevgi olmur olmasın!
Oğul:
  • Ata, bu nə işdir, tapmısan mənə, çox darıxıram?!
  • Pulu puldur, amma ay ata, iş iş olmur olmasın!
Qız:
  • Bu nə ərdir tapmısan, adama oxşamır axı?!
  • Gözəl olmur, olmasın, saxlayar, gəzdirər məni...
Отправить комментарий