3/02/2016

Ağlaşma (M.Ə.Sabirə nəzirə)

Hazırdır hərə ağlaşmağa, mərsiyyəyə
Peşimansan, verəsən sual “Necəsən?”
Danışar sənə nağıl, rəvayət, hekayə,
Sonra da, ağlayar ki, “acından ölürəm”…
Villada yaşayıb, nökər tutan daydaylar,
Məcburi köçənlər, qara camaat, qaçqınlar,
Hamısı bir çənlik göz yaşı töküb ağlayar,
Hər kəs “qırılır acından”, ağlaşma qurar,
Bircə gəlməsin gözə, “ay aman kim nə deyər?”
Dövlət eyləyir güzəşt sahibkara,
Verir kredit, udur qrantlar, subsidiya,
Ödəməz vergisini, gizlədər gəlirini, ağlayar
“Zərərim var” deyib, öz cibini doldurar!
Kreditlə təmir edər mənzilini,
Kreditlə alar evə mebelini,
Kreditlə alır planşet, mobilniki,
Az qala kreditlə alır alt paltarını
Sonra qaytarmaz krediti banka ki,
“Yoxdur pulum, çoxdandır işsizəm”…
Qorxusundan açar xaricdə hesab,
Köçürər ora milyonlarla para,
Burda kim soruşsa, xeyir işə yoxdur para,
Olsun bu cür “kasıbın” üzü qara…
Göz yaşı da, nəfəsitək uydurma, yalan,
Yalanla özünü ancaq aldadar,
Mənim kimi arif adamlar bilər həqiqəti,
Vurar üzünə, gülər üzünə, ağlama, bəsdir daha!

Отправить комментарий