2/19/2016

Uşaqlara öyüd və nəsihətlərim…

Uşaqlar bizim gələcəyimizdir, amma indiki uşaqlarımızın valideynləri olan bəzi gənclərimizi görəndə, bizi necə bir gələcək gözlədiyini gözlərimin önünə gətirəndə, ehtiyat etməyə başlayıram… Nəyisə dəyişməsək, cəmiyyətimizdə Apokalipsis baş verəcək…
Əziz uşaqlar, mən də anayam, bir qızım var, buna baxmayaraq, bütün uşaqlarımızı öz övladım bilirəm, ona görə də, sizə öyüd, nəsihətim və vəsiyyətim vardır…
Yazdıqlarımı oxuyun, oxusa kimsə diqqətlə dinləyin…
Biri var idi, biri yox idi. Azərbaycan adlı bir məmləkət vardı, onun ərazisində yaşayan insanlara azərbaycanlı deyərdilər… Günlər, aylar, illər ötdü, insanlar dəyişdi, cəmiyyətdə, məmləkətimiz də inkişaf etdikcə, rayon və şəhərlərimiz də müasirləşdi, gözəlləşdi, dilimiz də dəyişməyə doğru getdi… Ən azı 10 il keçmişdir, bu yazımı yazdığım gündən və sən, indi oturaraq önümdə öyüd və nəsihətlərimi dinləmək istəyirsən…
Balalarım, yaxşı-yaxşı dinləyin, gələcək nəsillərə bu nəsihətimi çatdıran siz olacaqsınız axı… Öz övladlarınıza dediklərimi və yazdıqlarımı ötürəcəksiniz… Unutmayın, böyüyəndə siz də ana, ata olacaqsınız və sizin də öz övladlarınız olacaqdır…
  1. İlk öncə, əziz balalarım, insan olun, insan olduğunuzu unutmayın… Simanızı itirməyin…
  2. Unutmayın ki, həyatda hər şey qarşılıqlıdır və qayıdır, etdiyin hər əməli mələklər yazır sənin tale dəftərinə, yaxşılıq edəndə mükafatlandırır səni Uca Yaradan, pislik edəndə, cəzalandırır… Ona görə də yaxşı insan olun, yaxşılıq edin… Halal insan olun, haramdan uzaq durun…
  3. Hisslərinizi gizlətməyin, səmimi, təbii olun, indiki kimi, ağlamaq istəyəndə, ağlayın, qışqırmaq istəyəndə susmayın, qışqırın, gülmək istəyəndə isə gülün… Nümunə olun bir insan kimi valideynləriniz üçün…
  4. Kimliyinizi unutmayın, vətəninizi sevib, vətəninizə bağlı olun, vətənpərvər olun, vətənə xəyanət etməyin, əsla, manqurt olmayın, soykökünüzü itirməyin, tarix və mədəniyyətinizi unutmayın…
  5. Siz ali türk millətisiniz, dininiz əsasən İslamdır, müsəlmansınız…
  6. Söyüş söyməyin, aqressiv olmayın, döyməyın, əl qaldırmayın kimsəyə… İnsanları sevin, anlayın, qoruyun özünüzdən zəif olanları, insanlara kömək edin, hörmət edin…
  7. İnsanları aldatmayın, atmayın…
  8. Özünüzdən yaşca böyük olanları əzib keçməyin… Özünüzdən yaşca kiçiklərin əlindən tutub, haqq yoluna çəkin…
  9. Düz sözü deməkdən utanmayın, güclü, ağıllı, iradəli  və səbrli olun… Gözləməyi bacarın…
  10. Təbiəti qoruyun, sevin… Zibilləməyin vətəninizi…
  11. Səhv etdikdə, üzr istəməyi bacarın, peşiman olduğunuz zaman, səhvinizi düzəltməyə çalışın, “Bağışla, məni” sözlərini  deməkdən ehtiyat etməyin…
  12. Xeyirxah, mehriban, üzügülər olun…
  13. Sağlam olun ki, həkimlərə müraciət etməyəsiniz və ölməyəsiniz…
  14. Paxıl, qısqanc, davakar olmayın…
  15. Mədəni olun, mənəvi dəyərləri maddi dəyərlərdən üstün tutun…
  16. Pulla həyatda hər şey alınıb-satılır, özünüzü, insanlığınızı pulla satmayın…
  17. Əxlaqsızlıq etməyin…
  18. Şər atmayın, qeybət etməyin, kiminsə önünü kəsib, mane olmayın həyatını yaşamasına…
  19. Xoşbəxt olun, xoşbəxt edin…
  20. Sevildikcə sevin, sevdikcə sevilin…
  21. Öz həyatınızı yaşayın öz həyatınız kimi…
  22. Uğura, səadətə gedən yolda itlər olacaq, hürəcək, qorxmayın, yolunuza davam edin, hürən it dişləmir heç vaxt…
  23. Paylaşmağı bacarın… Paylaşdıqca, daha çox gələcək sizə… Pozitiv hər şeyi paylaşın ki, çoxalsın…
  24. Nadan olmayın, bildiyinizi öyrədin, biliklərinizi öyrədin…
  25. Nəyisə istədiniz, çalışın, zəhmət çəkin, mübarizə aparın…
  26. İşləməkdən, zəhmət çəkməkdən, əziyyətdən, yaşamaqdan, çətinlikdən, problemlərdən ehtiyat etməyin…
  27. Bilikləriniz və yığdığınız təcrübə sizi irəliyə aparacaq ancaq, ən uğurlu sərmayəniz qazandığınız təcrübəniz və əldə etdiyiniz bilikləriniz olacaq…
  28. Kitab oxuyun, maariflənin və maarifləndirin…
  29. Mübariz olun, cəld olun…
  30. Öldürməyin kimisə, sındırmayın nəyisə…
  31. Ağlınızın, qəlbinizin və vicdanınızın vəhdət qərarı ilə hərəkət edin…
  32. Özünüzü sevməyi, anlamağı, müşahidə etməyi, tənqid etməyi, qiymətləndirməyi öyrənin, özünüzə hörmət edin, özünüzə görə məsuliyyət daşıyın…
  33. Bir hərəkəti etməmişdən öncə, bir sözü deməmişdən öncə, fikirləşin, doğru və yanlış tərəflərini… Özünüzü qarşı tərəfin yerinə qoyun… Özünüzə  rəva bilsəniz, edin o hərəkəti, deyin o sözləri…
  34. Öz üzərinizdə daim işləyin, dayanmayın, inkişaf edin…
  35. Yıxıldıqca, özünüzə güvənin, özünüz edin hər şeyi, özünüz qalxın ayağa, özünüz davam edin yolunuza…
  36. Bağışlamağı bacarın… Bağışlayın, sizi də hökmən bağışlayacaqlar…
  37. Haqq-ədalətin tərəfində olun…
  38. Əsla yalan danışmayın… Əzizlərinizi darda qoymayın… Vədlər, sözlər verməyin, andlar içməyin, əsla! Hər deyilə sözün arxasında əməl dayanmalıdır hökmən!
  39. Gördüyünüz hər işi ürəklə görün və sevin…
  40. İdman edin, sağlam həyat tərzini yaşadın… Sağlam bədəndə sağlam ruh olar…
  41. Nadanla mübahisə edib, onun kimi nadan olmayın…
  42. Oynayanda dürüst olun… İnsanlarla oynamayın…
  43. Kimdənsə, nəsə ummayın, etdikcə, cavabını gözləməyın, siz verin, layiqli insan verdiyinizdən çox verəcək sizə… Verdikcə, daha çox alacaqsınız…
  44. İctimai yerlərdə ədəb-ərkanlı olun, etik qaydalara riayət edin…
  45. Halal pul qazanın, oğurluq etməyin, dələduz olmayın…
  46. İctimai yerlərdə gözləməyi bacarın…
  47. İctimai nəqliyyat vasitələrində öncə düşənlərə yol verin, sonra içəri daxil olun…
  48. Əsl kişi və əsl qadın olun…
  49. Ehtiras və şəhvət hisslərinizin qurbanı olmayın, zina etməyin… Günaha girməyin…
  50. Biqeyret, binamus olmayın… Qeyrətli, namuslu olun, qoruyun xalqınızın qeyrətini, namusunu…
  51. Sizə məxsus olmayan nəyəsə və kiməsə əsla göz dikməyin…
  52. Nə qədər çox xarici dil bilsəniz də, ana dilinizi unutmayın, korlamayın, yamaq-yamaq etməyin əcnəbi sözlərlə…
  53. TV kanallarımızın verilişlərinə baxmayın, əsəb və vaxtınızı qoruyun… Bizdə axı uşaq telekanalları yoxdur, uşaq verilişlərinin də sayı çox azdır, yazıq uşaqlarımız nəyə baxsınlar görəsən?!
  54. Bir iş əlinizdən gəlmirsə, nəyisə bacarmırsınızsa, bilmirsinizsə, öyrənin… Birinci dəfə səhv edərsiniz, ikinci dəfə səhv edərsiniz, üçüncü dəfə isə alınar…
  55.  Avaralanmayın, vaxtınızı hədər verməyin, səmərəli keçirdin…
  56.  Elə yaşayın ki, həyatınızı nümunə olsun başqalarına, peşiman olmayasınız, yarımçıq qalmasın arzularınız, planlarınız, gerçəkləşməmiş xəyallarınız…
  57.  İşğal altında olan torpaqlarımızı, baba yurdlarımızı geri qaytarmaq üçün müharibə başlasa, gedin ön cəbhəyə, vuruşun, torpaq uğrunda ölən varsa, Vətəndir, milli qəhrəmandır…
  58. Əsla hərbi xidmətdən qaçmayın oğullarım…
  59. Gördüyünüz işi sevin, işdə dürüst olun, halaldan uzaqlaşmayın…
  60. Böyüyəndə dediklərimi övladlarınıza da deyin ki, cəmiyyətimiz daha sağlam olsun, düşüncəsi sağlam, əxlaqı təmiz, niyyəti saf olsun…
Отправить комментарий