2/25/2016

Təsadüflər


12695813_637961576335525_1364694939_n (1)
Paritet qəzetinin 10-11 iyun 2004-cü il buraxılışında dərc edilmişdir.
Mən təsadüflərin təsadüfən olduğuna inanmıram, əlaqə vardır, səbəb və nəticə əlaqəsi və onlar mütləq zəruriyyətdən doğur. Nəticə və səbəbindən asılı olmayaraq, hər bir təsadüf insana bir dərs keçir…
İnsan həyatının bir parçası və daim burada təkrarlanan ani və daimi hadisə və proseslərin məcmusudur.  Insanın dəyişə və təsir göstərə bilmədiyi qismətində təbiətən öz axarı ilə gedən suya bənzər təbii addımlardan biridir.  Biz isə onu dəyişmək üçün nə qədər mübarizə aparsaq da, heç bir nəticəni əldə etmirik. Çünki təsadüflər digər təbii hadisələr kimi təbiətlə birbaşa əlaqədardır. İnsan hansısa bir təsadüfü dəyişmək iqtidarında deyil. Onlar təsadüfən gəldikləri kimitəsadüfən də həyatdan çıxıb gedirlər, bəzən bu təsadüfi tərketmələr insanın təsiri və təzyiqi ilə məcburiyyətə çevrilir və digər şəxsləri, yəni kənardan müşahidə edənləri nə dərəcədə isə məyus edir. Təsadüfi daxilolmaları isə insan iradəsi ilə dəyişmək mümkün deyil Bu təsadüfi daxilolmalar qismət payımızda yer tutubsa, o mütləq baş verəcəkdir. Bu təbii daxilolmaların qarşısını almağa çalışan insanlar vaxtlarını səmərəsiz və heç bir nəticəyə və əhəmiyyətə malik olmayana işə sərf edir.  Əgər insan hər hansı bir təsadüfdən qaçmaqla, özünü qurtulmuş və müəyyən mənada azad hesab edərsə, o, dərhal yanıldığını anlayacaq. Çünki o, bu təsadüfdən qaçır, digər təsadüflə rastlaşır, qaçdığı təsadüflə isə gec-tez yenə də təsadüfən rastlaşacaq… Bu rastlaşma qarşısında aciz olur insan. Təsadüflər insanı gözlənilməz anda, gözlənilməz yerdə yaxalayır, gözlənilməz nəticələrə gətirib çıxarır.
Təsadüfləri insanlar öz psixoloji qəbuletmələrində 2 yerə bölür:
  • Xoş;
  • Xoş olmayan.
Hər iki təsadüf gözlənilməz olduğundan insanlar bu təsadüflərə hazır olmur, özünü itirir, müəyyən emosiyaları hiss etdirməyə başlayır. Xoş təsadüflər zamanı müsbət, xoş olmayan təsadüflər zamanı isə mənfi emosiyalar oyanır.
Təsadüflərin nəticələri də növlərinə görə fərqlənir:
  • Xoş təsadüflər zamanı müəyyən nailiyyətlər əldə olunur, gün müsbət və pozitiv aurada keçir. Biz keçmiş, demək olar ki, unutduğumuz şəxsləri –  dostlarımızı, rəfiqələrimizi görürük, “unutduğumuz” xatirələrə səyahət edirik. Sonra da anlayırıq ki, hər bir təsadüf nəticəsində “unutqanlığımız” yox olmuşdur. Daha sonra onunla qurulan yeni münasibətlər insanın gələcək həyatında, onu müsbət istiqamətə doğru aparır. Sonra isə yeni bir təsadüfə qədər bu tanışı unuda da bilərik. Başqa bir halda, biz təsadüfən  yeni bir insanla tanış oluruq, ona qarşı isti və yenilməz hisslər yaşayırıq, o bizim xoşumuza gəlməyə başlayır, ona bağlanırıq, sonunda isə o, da bizim yeni dostumuza, rəfiqəmizə, ya mehriban tanışımıza, ya da ki, həyatımızı bizimlə bölüşən həyat oldaşımıza çevrilir. Bu isə müəyyən qədər insanı və onun həyatını yaxşılığa doğru dəyişdirir. İnsan bu xoş təsadüfdən məmnun qalır, çünki o təsadüfən tanış olduğu insanla özünü xoşbəxt hesab edir.
  • Xoş olmayan təsadüflə isə hər bir proses, hər bir emosiya xoş təsadüfə əks olaraq gedir. Yəni insan çətin unutduğu və ya unutmağa çalışdığı ona nədəsə zərəryetirən şəxslərlə rastlaşır. Bu təsadüflə bərabər unutmaq istədiyimiz xatirələrimizi göz yaşlarımız, hisslərimiz bu günümüzə və sabahımıza qonaq olur. Bu zaman bəziləri özünü görməməzliyə qoyur. Lakin bununla biz xilas olmuruq. Çünki hər dəfə bu metoddan istifaə etsək, daha da mənfi nəticələri, uğursuzluqları əldə edər, bizim əhval-ruhiyyəmizi pozaraq dəqiqələri yaşamağa məcbur olardı.
Növ və nəticələrindən asılı olmayaraq, biz təsadüflərdən qaçmamalıyıq. Biz özümüzü inandırmalıyıq ki, bu təsadüfi görüş və ya tanışlıq yalnız xeyirlə nəticələnəcək və öz uğurları, əhval-ruhiyyəni qaldıran anları ilə bizi daim sevindirəcək. Gəlin, hər bir çətin vəziyyətin, problemin, hətta xoş olmayan təsadüflərin üzünə gülməyi öyrənək. Bu daha çox bizə lazımdır. Çünki bu bizim əsəblərimizin daim pozulmasına qarşı yeganə vasitədir. Gəlin, unutmayaq ki, həyat və onun tərkib hissələri bizdən asılı deyil. Gəlin, həyatı öz yolu ilə getməsinə mane olmayaq. Onun hər bir təsadüflərindən başıuca, qürurla, utanmadan çıxaq, təsadüflər bizi üzməsin. Çünki hər bir təsadüf zəruriyyətdən doğur.
Отправить комментарий