2/19/2016

Sən məni sevmirsən…


IMG-20160103-WA0011

Sən məni sevmirsən, əsla!

Sən bilirsən sevgi nədir?!Əslində, insan necə sevməlidir?! Bilmirsən! Mənsə yazım, sən bil, necə sevmək lazımdır, sevgi nədir, mən sevəndə necə sevirəm?! Mən sevəndə kimisə necə sevirəm!

Sevgi, sanki Vivaldinin “İLİN FƏSİLLƏRİ”dir,  hər fəsli fərqli notlar, musiqidir, amma yaşanılan, sevilən, doğmadır… İnsan özünü görür hər fəslində sevginin, insan sevərkən qəlbi də, ağlı da, iç təbiəti də hər fəsli yaşayır, sevginin başlanğıcında bahar, zirvə nöqtəsində, kuliminasiyasında yay, biganəlik və soyuqluq mərhələsində payız, sevginin öldüyü zaman isə qış fəsli…

Sevgi, sanki peşəkar pianoçu və skripkaçı, gitara çalandır, musiqi və notu bilə-bilə, dəfələrlə bu musiqini ifa edə-edə yalnış və saxta oynaması musiqini, kənarlaşmaları, bunları onun dinləyicisinin və fanatlarının, sevənlərinin anlaması, bağışlamaması, bir səhv və səhv not və ya ifa ucbatından sevənlərinin itirməsinə bənzəyir…

Sevgi, sanki Vivaldinin “KƏDƏR, HƏSRƏTİ”dir, dinlədikcə, yaşayıb ağlayırsan, çünki bilirsən nəyə və kimə görə darıxırsan, kədərlənirsən, kimin və nəyin həsrətindəsən…

Sevgi, sanki Vivaldinin “ÖLÜMLƏ TANQOSU”dur,  sevgi dolu varlığınla ölüm ilə hər dəfə Tanqo sədaları altında rəqs edirsən, düzgün rəqs etməyə, ölümlə gəldiyin mərci uduzmamağa  ölüb o dünyaya getməməyə çalışırsan, ölümlə rəqs etdikcə, sevgi dolu varlığınla ölümü sevməməyə və ondan qorxmamağa çalışırsan…  Rəqs etdikcə ölümlə, səhv addım atıb, ölümün ayağını tapdalamamağa və onu hirsləndirməməyə cəhd edirsən…

 Sevgi, sanki Vivaldinin “PRELÜDİYA”sıdır, insanı anlayan, yaşadan,sevgi dünyasına aparan, sevərkən yaşadığın bütün hisslərin məcmusudur…

Sevgi, sanki Vivaldinin “FIRTINA”sıdır, sevginin, qəlbin fırtınasıdır, özündə yaşadır bu fırtına insan təbiətindəki fırtınanı, oyadır onu…. İnsanlarda insanlara yaşadır o fırtınanı,  sakit başlayır, sonra dağıdır, sürət və gücünü artırır, o zaman daha təhlükəli və dağıdıcı olur bu fırtına…

Sevgi, sanki durğu işarələridir yazarın cümlələrində, mürəkkəb cümlələrində qoyduğu vergülləri mürəkkəbləşmiş münasibətlərdə də qoyur hər insan… Uzandıqca uzanır münasibətlər də mürəkkəb cümlələr kimi, əvvəlini oxuyursan ki, tez bitirəsən, sonuna çatanda əvvəlini unudursan, mənasını tuta bilmirsən… Sevgi nə qədər cümlə kimi sadə olarsa, daha tez nöqtəsi qoyulur, bitir… Nida isə ümidsiz son, bitməyə məhkum edilmək deməkdir… Sevgi yazarın yazılarında tərəddüdlər zamanı nidalı sual, qətilik, əminlik zamanı nida, əminsizlik, qətisizlik zamanı sual, bitən zaman nöqtə, ziddiyyət və çaşqınlıq, susmaq istəyəndə, isə üç nöqtə, şans verildiyi zaman vergüldür…

Sevgi, sanki qırıq körpüdür, bir tərəfdən digər tərəfə aşağı baxmadan və yıxılmadan digər tərəfə keçməkdir, qorxmamalısan, qorxdunsa, yıxılacaqsan üzü aşağı… Bu qırıq körpü bir qəlbdən digər qəlbə gedən yoldur…

Sevgi, sanki həyat kimidir, həyatı var hər bir sevginin insan həyatı kimi, iki bileti var, biri başlanğıcdır, digəri isə son…

Sevgi sənin və digər insanların gündəlik taxdığı maska kimi deyildir, əsla! O maskalar taxıldıqca, adiləşir, köhnəlir, zamanla çox geyinildiyi üçün cırılır…

Sevgi, sanki rekviemdir, elegiyadır, yaşayırsan, yaşadırsan səssiz-səmirsiz…

Sevgi, sanki ağlı başında olan insanın bilərəkdən risk etməsi, dəliliklərə baş vurması, ağıllı olub dəlilik etməsidir, təhlükələrdən qorxmaması, qaçmamasıdır…

Отправить комментарий