2/24/2016

Neylərdi İlahi?!

Görəsən, bu və ya digər vəziyyətdə İlahi yerimizdə olsaydı, ya da bizimkilər-şərq əhli onun yanında olsaydı, nə edərdi?
Təsəvvür edin ki, İlahi görür şərq əhlini, necə “müsəlmandılar” başını yellənir, əlini havada yellədir, öz-özünə düşünür: Sonrakı peşimançılıq fayda verməz!
Təsəvvür edin ki, bir müsəlman namaz qılır bayramdan bayrama, sədəqə verir, zəkat verir yadına düşəndə, o da halal olmayan pulla, özü də ki, ehtiyacı olmayanlara… İlahi bunu görüb, qəzəblənir: – Mən demədim axı, belə edin, sədəqəni halal pulla edin, ehtiyacı olanlara, məzlumlara…
Şərq əhli gözəl yaşayır, heç nədən korluq çəkmir, kiməsə kömək etmək lazım olanda, ağlayır ki: Valllah, Billah, Allah haqqı pulum, imkanım yoxdur! İlahi məyus olur, onun adını nədə və kimin hallandırmasına görə üzülür: Hər istədiyini vermişəm sənə, sənsə naşükürsən, hey narazısan, ağlayırsan, “yoxdur” deyirsən…
Şərq əhlindən ağır xəstə birinin dalınca Əzrail gəlir, deyir “vaxtındır, ölməlisən, sənin dalınca gəlmişəm…”, İnsan da deyir ki: Dünən ipoteka krediti götürmüşəm, 15 illiyə, rəhm elə, imkan ver, kreditimi ödəyim, bitirim, sonra gəlib apararsan!” Beləcə 15 illik həyatda yaşamaq şansını qazanır…
Şərq əhli az qalıb ki, öləndə ölməmişdən öncə cənnətdə yerini bron edə, düşmən bildiklərini isə cəhənnəmə salmağı sifariş etməyə, mələklərə rüşvət təklif etməyə ki, mən gəlirəm yerimi hazırla…
Yaxşı ki, İlahi, yoxdur mobil telefonu, atardılar vizv, özü də gizli nömrədən ki, geriyə zəng etsin, imkansızlıqdan gücləri vızv atmağa çatır, həm də O hər şeyi bilir, görür, kimin zəng etdiyindən də xəbəri var…
Yaxşı ki, İlahi enməyib yerə, gözlərə dəymir, yoxsa hamı selfi çəkdirərdi onunla, müxtəlif pozalarda, sonra sosial şəbəkələrə yerləşdirib adını tağ edərdi, İlahi də baxardı və dilemma qarşısında qalardı, geri göyə qayıdım, ya yox, mən dünyanı, insanları bu günə salmamışam axı…
İlahi yerdə olsaydı, işə düzəlsəydi, şərq əhli deyərdi ki, birinci gün işləmə, ağır gündü, düşər düşməzi olar, beşinci gün də həftəsonudur, beynimiz yorulub, dincəlməliyik, onu da yoldan çıxartmaq istəyərdilər…
Bir gün yaşasa insan cismində, şeytana rəhm edərdi, çünki indiki şərq əhli şeytanı da aldadır, barmağında dolayır…
Radikalları, qondarma dindar və mollaları, toleyrant olmayan “missioner” insanları görüb, şükr edərdi ki, insan deyil, yerdə-şərqdə yaşamır…
“Allah içimdə, qəlbimdə yaşayır neyləyirəm dini, əməli düz, niyyəti xoş insanam” deyənlərin, dinini reklam edənlərin, namaz qılan yerdə selfi çəkdirənlərin, cihada getməsi ilə fəxr edənlərin, “din yolunda” bəhanəsilə insanları döyüb öldürənlərin  vicdan və qəlbinin olmasına şübhəsi olardı İlahinin, baxardı və deyərdi, mən vermişəm onlara həyatı?!
Yolda yalandan dilənən, İlahinin adını çəkib, yalvaran qaraçılarla bir cəmiyyətdə yaşasaydı, bəlkə də özü deyərdi göydəkiləri, məni burdan götürüb aparın yanınıza…

Ardı var
Отправить комментарий