2/19/2016

Mən həmin Güneləm, dəyişməmişəm…

Mən həmin Güneləm, həmin insanam,
Sənin tanıdığın, aşiq olduğun, darıxdığın…
Mən həmin Güneləm, dəyişmir insan,
Məkan da, zaman da dəyişilməmiş…
Mən həmin Güneləm, şıltaq, səmimi
Hirslənən, odlanan, yandıran səni…
Mən həmin Güneləm, zahirən belə,
Xatirən yenə də aldatmır səni…
Mən həmin Güneləm, sənin günəşin,
Mən həmin Güneləm, sənin oba, elin…
Mən həmin insanam, atıb getdiyin,
Sən getdin, mən isə həmin Güneləm…
Həyatımda nə dəyişdi, bilmirəm?!
Qəlbimdə viranə ruhum yaşayır,
Tənhayam, təklikdə ağlayıram mən!
Qoy, kimsə görməsin göz yaşlarımı…
Səndən öncə, sən var ikən,
səndən sonra sevdilər,
sevirlər hələ də məni…
Qadınıyam çoxunun arzuladığı,
Sənin qismətindim, bunu bilmədin,
Mən getdim, sən getdin, ayrıldıq artıq
Qədrimi vaxtında niyə bilmədin?!
Odumu söndürdün, sevgimi boğdun?
Kimlər gəldi, kimlər getdi həyatımdan
səndən öncə, səndən sonra?!
məndən yaxşı bilirsən sən…
Tənhayam mən, sevmək istəsəm də,
Sevə bilmirəm, bir ağır itkim var,
Acı xatirəm, bir sınıq qəlbim var,
Bir də ki, ölmüş ümidlər…
Tənhayam, toxunma, qoy tənha qalım…
Yenidən bir həyat qurmaq istəyim,
Məni azdıracaq indiki yoldan…
Nə kişi lazımdır, nə də sevgisi,
Nə də ki, etdiyi intim təkliflər…
Xoşbəxtəm, tənhayam, azad insanam,
Tənha həyatım özümə xoşdur!
Mən həmin Güneləm, dəyişməmişəm,
Sən həmin deyilsən, çox dəyişmisən…
Отправить комментарий