2/19/2016

İnsanlar var ki…


10847832_1628523390723734_730569709958329280_n

İnsanlar var ki, pislədiyimiz heyvan kimidir, heyvan ondan yaxşıdır… Heyvanın adı çıxmışdır…

İnsanlar var ki, zombidir, qan içir, özü var, zahirən, rəngsiz, ruhsuz, insanlıq yoxdur… Adı insandır sadəcə…

İnsanlar var ki, zibil kimidir, atılmalıdır zibil qabına, zibil qəbristanlığına və orada məhv edilməlidir, yenidən istifadə edilməsin, istifadə etməsin deyə…

İnsanlar var ki, sağalmaz xəstəlik kimidir, sağalmır, keçmir, böyüyür, üzür, incidir, tərk etmir, yayıldıqca, yayılır, metastaz verir pislikləri…

İnsanlar var ki, zəli, ağcaqanad, vampir kimidir, qanımızı içir, əsəblərimizi korlayır, həyatımızı zəhərləyir, yapışır və əl çəkmir…

İnsanlar var ki, yaşamır, canlı deyil, ölüdür sanki, elə bilirsən, ölübdür, hər şeyə biganə, soyuq, susqun… Bilmirsən, nə düşünür, nə istəyir… Bilmirsən, pisdir, ya yaxşı…

İnsanlar var ki, saqqız kimidir, öncə şirin, dadlı, xoş olur, sonra çeynədikcə, tanıdıqca, dadı keçdikcə, yorur adamı, çənəni, başı ağrıdır…

İnsanlar var ki, zəhər kimidir, bilmirsən ki, zəhərdir, mənəvi və ya maddi qida ilə daxil olur orqanizminə, orqanizmə düşdükcə, orqanizmi zəhərləyir, qarnın ağrıyır, pozulur, ürəyin bulanır, orqanizm çıxartmaq istəyir onu bədəndən, amma qana keçdisə, vəziyyət ağırlaşır, gərək qanını təmizləyəsən, dəyişəsən… Ən pis halda, zəhər səni elə zəhərləyəcək ki, öləcəksən…

İnsanlar var ki, hava kimidir, gah pis olur, gah yaxşı… Tez-tez dəyişir… Yaxşı kimi tanıyırsan, yaxın buraxırsan, dəyişib olur pis, uzaqlaşdırmalı olursan…

İnsanlar var ki, geyim kimidir. Qalın və yüngül “geyinməli” olursan, bəzi insanların yanında… Soyuq təbiəti səni dondurmasın deyə isti geyim, isti təbiəti səni tərlətməsin deyə, yüngül geyinməlisən…

İnsanlar var ki, kitab kimidir, maraqlı olur öncə, oxuyursan, sonra biləndə sonu nə ilə bitəcək, kənara atırsan, oxumursan, maraqsız olur sənə…Bəzi insanlar da var ki, kitabxanadakı kimi çox əllərə düşüb, çox adam oxuyub, qoyub kənara… Oxuyanlar çox olduğundan pis hala düşmüşdür…

İnsanlar var ki, fəsillər kimidir… Fəsillər 4 dənədir, onların da 4 siması var, fəsillər kimi… 2 fəsil keçid dövrüdür lap yaz və payız kimi, biri çox isti olur, biri isə çox soyuq…

Отправить комментарий