2/19/2016

İnsandan betər 19/02/2007 (Vaqif Səmədoğluya nəzirə)

İnsan var ki, içindən çürük-çürük,
Birisində daha az çürük,
Birində daha çox çürük…
Çürük var, canlı çürük,
Çürük var, cansız çürük…
Cansız var, bir gün canlanar,
Cansız var, hər zaman cansız qalar…
Canlı var, canlı cansızdan betər,
Canlı var, canlı canlıdan betər…
Betər var, insanı ümidlə yaşadır,
Betər var, gələcəyini əlindən alır…
Ümid var, qaranlığın son işığı,
Ümid var, işığın ilk qaranlığı…
Gələcək var, gözləyirsən həyatda,
Gələcək var, təsadüfə çevrilər…
Həyat var, sevinclə dolu,
Həyat var, zəhərlə dolu…
Təsadüf var, xoş olar,
Təsadüf var, xoşlanmaz…
Sevinc var, daimi,
Sevinc var, ötəri…
Zəhər var, öldürər,
Zəhər var, can qurtarar…
İnsan var, ölümü gözlər,
İnsan var, ölümdən qaçar…
Insan var, dirilmək istər,
İnsan var, dirilə bilməz…
İnsan var, xeyirdən betər,
İnsan var, şərdən də betər…
İnsandan betər,
İnsan ola bilər ancaq…
Отправить комментарий