2/23/2016

İkitərəfli və ya birtərəfli sanksiyanın “gizli” tərəfləri (satirik, yumoristik yazı)

12049133_10207819599755794_5841062913024938894_n
ABŞ ölkәmizә iqtisadi sanksiya tәtbiq etsә, nə olar, görəsən?!
Bilməyənlər bilsin.
ABŞ, Avstraliya, Kanada Böyük Britaniya krallığı tərəfindən idarə olunur. Prezidentlər sadəcə tamaşa və görünüş xətrinə təyin edilmişdir.
Unutmayın ki, bizim neftimiz London Fond Birjasında satılır. Əlaqəni tutdunuzsa, afərin, deməli, bizim neftimizin qiymətdən düşməsi, ABŞ-dan çox İngiltərəyə də sərfəlidir.
  1. ABŞ sanskiya tətbiq etsə, Böyük Britaniya krallığı tərəfindən idarə olunan digər dövlətlər və böyük səkkizliyə daxil olan digər dövlətlər və eləcə də Avropa Birliyinə daxil olan bütün dövlətlər bu sanksiyanı dəstəkləyəcəklər. Nəzərə alsaq ki, bizim ixrac üzrə tərəfdaşlarımız arasında AB ölkələrinin sayı az deyildir, nəticəsini və təsirini düşünmək çətin olmaz.
  2. Sanksiya tətbiq edilsə, biz iqtisadi sanksiyaya da məruz qalacağıq, adımız əməkdaşlıq etməyən ölkələr siyahısına 16 ölkənin sırasına qatılacağıq, İran, İraq, Koreya,  Sudan, Konqo kimi dövlətlər bir sıraya… İstənilən əməkdaşlıq edən ölkənin hüquqi və fiziki şəxsləri bizimlə əməliyyat aparsa, adı şübhəli əməliyyat kimi düşəcək qara siyahıya…
  3. Avropa ölkələrinə viza rejimi vətəndaşlarımıza münasibətdə sərtləşdiriləcəkdir.
  4. Ölkənin siyasi və iqtisadi nüfuzu aşağı düşəcəkdir.
  5. Sanksiya tətbiq edilsə, adını sadaladığım ölkələr öz neft və qeyri-neft sahələrindəki, maliyyә vә digәr sahәlәrdәki şirkәtlәrini geri çağıracaq, ölkәyә qoyduğu sәrmayәni geri götürəcək. Nəzərə alsaq ki, ölkəmiz qərb sərmayəsindən çox asılıdır, vəziyyətin necə riskli və təhlükəli olmasını anlamaq çətin olmaz. Bu sərmayələrin məbləği milyon və milyardlarla ölçülür.
  6. Əksәr banklarımızın Amerikanın və ya adını çəkdiyim ölkələrin iri sәrmayә vә banklarından kredit götürüb, onu necә qaytaracaq, onların burdakı neft vә qeyri-neft şirkәtlәrindә, banklarda nә qәdәr hәmyerlimiz işlәyir, ixtisarlar olacaq, işsiz qalacaqlar, dövlәt Dünya Bankı qrupundan (İFC və İMF), City Groupdan, USAİD vә BMT çәrçivәsindә səhiyyə, sosial, təhsil sahəsində olan dövlət layihələrinə nә qәdәr uzunmüddәtli və ortamüddətli sәrmayә cәlb edib, onu qaytarmaq üçün büdcədə yetərli vəsait yoxdur, vəziyyəti anlamaq çətin deyildir. 
  7. Bank sistemindəki işçilәrin aqibәti bir tərəfə. Bir çox bank vә BOKT-lәrin kapitalında Beynəlxalq Maliyyə Korporasiyası (İFC) vә USAİD, Avropa Yenidənqurma və İnkişaf Bankının, digәr ABŞ qurumlarının payı 15%-dәn 50%-dәkdir, onu geri götürsәlәr sizcә, nә ola bilәr? Düzdür, banklar likvidlik problemi ilə qarşılaşa, məcmu kapitalı azala və müflis ola bilərlər. Əmanətlərin qaytarılması və kreditlərin verilməsi üçün banklarda vəsait olmayacaqdır, xərclərini azaltmaq üçün işçilərini ixtisar edəcəklər.
  8. Biz ABŞ-a sanksiya tәtbiq etsәk, onun tərəfdaş olduğu ən azı 25-30 ölkəni də sanksiya avantürasına qoşmuş oluruq, bizə bu qədər düşmən lazımdırmı?! Məncə, yox!
  9. Kim daha çox itirir? Biz, yoxsa, dünyanın inkişaf etmiş ölkələri? Əgər şərqdən və ya İslam dünyasından, Yaponiyadan alternativ güzəştli maliyyə vəsaiti cəlb edilməyibsə, ümumi zərərlərimiz dövlət və qeyri-dövlət həcmində hesablanmayıbsa, bu ağılsız hərəkətin nə ilə nəticələnəcəyini anlamamaq sadəlövhlük olar.
  10. Dövlәt borcu, büdcәdәki vәziyyәt-pul çatışmazlığı, neft gəlirlərinin azalması, beynәlxalq tәdbirlәrin öndən gəlişi və təşkil edilməsi, xərclərin artması, işsizlik, dollar çatışmazlığı…
Отправить комментарий