2/19/2016

Hәyatımdan var istәyim


20151223_164631
Hәyatımdan var istәyim:
Boşa mәni, boşadınsa,
minnәtdaram, boşadınsa,
öldür mәni, öldürdünsә,
ruhumu da, sal didәrgin,
sürgün elə, bu dünyadan,
qayıtmasın “cansız” cana,
dirilmәsin can bir daha…
Əmin olum, ölmüşəm mən…
Ruhum uçsun uzaqlara,
baxsın ordan bu dünyaya,
insanlara, istəmirəm “o” dünyanı…
diriltmә sәn, yaşatma sәn,
ölümdәn dә acı olan
varlığımı, xatirәni…
Bitsin daha, gәlsin sonu,
çәkilmәsin adım mәnim…
Bu da olsun hәyat yolum,
Kimsə məni yad etməsin…
Отправить комментарий