2/23/2016

Həyatımda Robert Qrinin "Hakimiyyətin 48 qanunu"

Boş vaxtım olanda, mütaliə etməyi sevirəm, hər mövzuda oxuya bilərəm, bircə detektiv, dəhşət filmləri kimi mövzuya malik olmasın, bir də ki, kitabın əvvəlini oxuyanda sonunu bilsəm, kitab maraqsız gəlir, film də həmçinin…
İstirahət zamanı piyada gəzintiyə çıxmağı, parkda gəzməyi, yazı yazmağı, filmə baxmağı, musiqi dinləyib, rəqs etməyi, toxuma sapları ilə yun nə isə toxumağı, yeni reseptləri oxuyub, yeni nəsə bişirməyi çox sevirəm, mənə rahatlıq gətirir, gərginlikdən azad edir məni…
Həmişə eyni şeyi etməyi sevmirəm, darıxdırır fərqlilik olmayanda… Yeniliyə meylliyəm…
Robert Qrinin “Hakimiyyətin 48 qanunu” kitabını dövlət işində işləyən bir təcrübəli tanışım məsləhət bilmişdi, axtardım, Qanun nəşriyyatının sifarişi ilə tərcümə edilmiş kitabı yeni il ərəfəsində “Soyuq əllər, isti ürəklər” xeyriyyə aksiyası zamanı əldə etdim, peşiman deyiləm… Kim oxumayıbsa, məsləhət bilirəm… Çünki burada dövlət hakimiyyəti deyil, insanın özü həyatı və həyatındakılara da hakim olması qanunlarını öyrədir, yəni ictmai və fərdi düşünmək, təhlil etmək lazımdır.
Qanunlar (bəzi qanunlarda ermənilərin davranışını xatırladım):
  1. Kölgən heç vaxt hökdarın üstünə düşməsin- yəni ki, hökmdarın üzərində hökmən işıq olmalıdır, kölgədə yox, kölgən düşsə, deməli ya onun bərabərindəsən, ya bir addım arxada, bərabərinə gəlib, sonra bir addım öndə ola bilərsən, hökmdarın yadına düşə bilərsən, onu qəzəbləndirə bilərsən;
  2. Dostlara hədsiz dərəcədə etibar etmə, düşmənlərdən yararlanmağa çalış- fikirlə razıyam, çünki bu günün dostu, sabah yad insana və ya düşmənə çevrilə bilər, düşmənlərindən istifadə etmək lazımdır, düşmənin düşmənlərini bilməklə, onu məğlub etmək olar, düşmənimin düşməni, mənim dostumdur;
  3. Niyyətlərini gizlət- niyyətlərin məlum olsa, səndən öncə o niyyətini kimsə gerçəkləşdirə bilər, sürpriz olmaz, təəccüb doğurmaz, həm də maraqsız olarsan, sənə lazım olan nəticəni əldə edə bilməzsən;
  4. Həmişə zəruri olduğu güman ediləndən az danış-danışmaq gümüşdürsə, danışmamaq, susmaq qızıldır, susduqca, qarşı tərəfi dinlədikcə, müşahidə etdikcə, daha çox öyrənirsən;
  5. İşgüzar nüfuzundan həddən çox şey asılıdır, onu həyatın bahasına qoru-tamamilə doğrudur, ona görə də hər zaman işgüzar ad və nüfuzumu qoruyub saxlayıram, ləkələnməsinə və şər atılmasına icazə vermirəm, qeyri-qanuni nəyəsə getmirəm;
  6. Nəyin bahasına olursa olsun, diqqət qazan-diqqət qazanmaq uğura gedən yolda addımlardan biri və öndə olanıdır. Diqqət olmadan, gördüyün işlərin mənası yoxdur;
  7. Başqalarını özünə işləməyə məcbur et və nəticələrindən bəhrələn- indi bir çox insanlar bu qanuna əməl edir və onunla hərəkət edir, işlədir və öz adına çıxır, işlədir və nəticəsinin bəhrəsini özü görür, özü irəli gedir;
  8. Adamları sənə yaxınlaşmağa məcbur et, əgər lazımdırsa, tələ yemi istifadə et-ətrafına çoxlu insan cəlb et, açıq görsən onlar üçün, cəlb et, cəlb etdikcə, diqqət mərkəzində olacaqsan, “tələ yemi” isə hər bir insanın fərdi marağına uyğun olaraq müzakirə etməyi öyrənməkdir, onlara özünü yaxın bilməkdir;
  9. Qələbəyə dəlillərlə yox, əməllərlə nail ol-həqiqətən də, qələbə dəlillərlə deyil, əməllərlə əldə edilir, sübut etməyə bilərsən, əsas real faktların əməldə əks edilməsidir, sözün qiyməti indi qalmamışdır;
  10. İnfeksiya: Şən olmayanlardan və bəxti gətirməyənlərdən qaç-bu qanun da doğrudur, uğursuz və neqativ düşüncə və həyat tərzi olanlar, neqativ əhval-ruhiyyədə olan, şikayət edən, təmbəl edən insanların arasında irəli getmək olmur, dərhal onların təsiri altında, özün də onlar kimi olursan;
  11. Çalış adamlar səndən asılı olsunlar-insanların yanında qalması və diqqət mərkəzində, lazımı şəxs kimi gündəmdə qalmaq üçün hökmən insanları özündən asılı vəziyyətə salmalısan, onlar üçün maraqlı olmalısan;
  12. Qurbanının tərkisilah etmək üçün hərdən düzgünlük və səxavət göstər- həqiqətən də ən uğurlu biclik və məqsədə nail olmaq yollarından biri düzgünlük və səxavətli, əliaçıq olmaqdır, özü də ki, həmişə deyil, arada bir, ardıcıl olaraq, bu yolla onlar səndən asılı vəziyyətə düşəcəklər;
  13. Kömək xahiş edəndə, insanların şəxsi təmənnasına çağırış et, heç vaxt mərhəmətə və ya genişürəkliliyə çağırış etmə-hdoğurdan da fərdiçiliklə, parçalamaqla, qərəzli və təmənna əsaslı maraq yaratmaqla, diqqəti cəlb etmək və köməyə nail olmaq olar. Təmənnasız yaxşılıq və kömək etmirlər, maraqları olmur;
  14.  Dost rolunu oyna, xəfiyyə kimi fəaliyyət göstər-dost olduğun halda belə tam inanma, araşdır, müşahidə et, öyrən, zəif və güclü tərəflərini öyrən, bəlkə dost maskasını geyinən birisidir, nəsə təmənna və məqsədi vardır, səmimi deyildir, sənlə bağlı nəyisə gizlədir;
  15. Düşməni tamamilə darmadağın et- şübhəsiz onu ağlınla və hərəkətlərinlə elə məhv edə və məğlub edə bilərsən ki, heç ruhu da inciməz;
  16.  Öz yoxluğunu, hörmət və şərəfini artırmaq üçün istifadə et-hər zaman göz pnündə diqqət mərkəzində olan insan üçün müəyyən bir müddətə yox olmaq yaxşıdır, sənə tələb artar, sənin üçün darıxarlar, hörmət və qiymətin qalxar;
  17. Başqalarını yerdən üzülmüş vəziyyətdə saxla: hərəkətlərinin öncədən deyilməsi mümkün olmayan mühit yarat-gözlənilməz insan ol, səni oxuya və tanıya bilməsinlər, səndən nə gözləyəcəklərini bilməsinlər;
  18.   Özünü müdafiə etmək üçün qalalar tikmə: təcrid olunmaq təhlükəlidir- açıq ol ünsiyyət üçün, təcrid olunmaq tənhalığa və depressiyaya gətirir və əsl lider və idarəedici, sosial aktiv, ictimai xadim ictimaiyyətin içindən olur, ictimaiyyət içində olmalıdır. Ən yaxşı müdafiə hücumdur və aktiv olmaqdır;
  19.  Kiminlə iş gördüyünü bil: Lazım olmayan adamın xətrinə dəymə- Çünki sabah nə olacağını kimsə bilmir, bu gün lazım olmaya, sabah isə lazım ola bilər. Kiminsə xətrinə dəymə, istənilən insan sənin tərəfdaşın ola bilər;
  20. Heç kim ilə birləşmə-birləşmək, öz qərar, maraq və mənafelərindən imtina etmək və tabe olmaq, zəifliyini etiraf etmək deməkdir;
  21.  Sadəlövhü tovlamaq üçün özünü sadəlövh qələmə ver: Hədəfindən axmaq olduğun təsiri bağışla- kim necədirsə, onunla elə münaisbət qur, hər kəsin öz dili var, dtapmaq lazımdır. Nəyəsə nail olmaq üçün bəzən rol oynamaq lazım gəlir;
  22.  Kapitulyasiya taktikasından istifadə et: zəifliklərini qüvvəyə çevir- zəifliklərin səni uğura da, uğursuzluğa da, qələbəyə də, məğlubiyyətə də apara bilər. Zəif tərəflərini bilib, onlardan elə istifadə edə bilərsən ki, onlar sənin güclü tərəflərinə çevrilə bilər;
  23.  Qüvvələrini cəmləşdir;
  24.  Əsl saray əyani kimi davran;
  25.  Özünü yenidən yarat;
  26.  Əllərini təmiz saxla;
  27.  Adamların ehtiyacları üzərində oyna, fanatik tərəfkeşlər ordusunu yarat;
  28.  İşdən tərəddüd etmədən yapış;
  29.  Hər şey lap axıradək planlaşdır;
  30.  Səylərini büruzə vermədən uğur qazan;
  31. Variantların hamısını nəzarət altında saxla: Qoy başqaları sənin payladığın kartlarla  oynasın;
  32.   İnsanların fantaziyaları üzərində oyna;
  33.  Hər bir adamın zəif simlərini bil;
  34.  Öz  təbirincə şahanə ol: özünü kral kimi apar və kral kimi qəbul olunacaqsan;
  35.  Vaxtı idarə etmək sənətinə yiyələn;
  36.  Nəyə malik ola bilmirsənsə, ona nifrət et: Saya almamaq, ən yaxşı qisasdır;
  37.  Unudulmaz tamaşalar yarat;
  38.  Nə istəyirsən fikirləş, amma hamı kimi hərəkət et;
  39.  Suyu bulandır ki, balığı tutasan;
  40.  Müftə naharları ikrahla rədd et;
  41.  Dahilərin izləri ilə getməyə çalışma;
  42.  Pastırı sarsıt və pastva dağılaşacaq;
  43.  Ətrafdakıların ürəklərini və beyinlərini qazan;
  44.  Güzgü effektinin köməyi ilə tərksilah et və qəzəbləndir;
  45. Dəyişikliklərin zəruriliyindən danış, amma islahatlara çox da aludə olma;
  46. Heç bir halda, həddən artıq müasir olduğun təsiri bağışlama;
  47.  Qarşına qoyduğun məqsəddən uzağa getmə: qələbə qazananda, nə vaxt dayanmalı olduğunu bil;
  48.  Formanın qeyri-müəyyənliyinə yiyələn.
Bir çox qanunlara şəxsən əməl edirəm və bir çoxu ilə tamamilə razıyam. Bu kitabı oxumağa dəyər.
Отправить комментарий