2/19/2016

Cəmiyyətdəki ikiayaqlı, homosapiens viruslarla mübarizə niyə çətindir?!

Bu məqalədə söhbət bizim cəmiyyətdən getmir, ümumilikdə mədəniyyətin, əxlaqın, mənəviyyatın formalaşdığı, qədim tarixə malik deqradasiyaya uğrayan şərq cəmiyyətindən gedir (Yaponiya və Koreya cəmiyyəti istisna olmaqla).
Biologiya, zoologiyada yeni virus növü aşkarlanmışdır, özlərini əsl bioloji virus kimi aparan cəmiyyətdəki ikiayaqlı, homosapiens virusları -“ali insanlar”… Belə viruslar da, cəmiyyətdə yeni xəstəlik yaratmışdır – “İnsanlıqdan çıxma”…
Ən “kiçik mikroorqanizm” olan virusun ən qəribə cəhəti bilirsiniz nədir?!Onlar həm canlı, həm də cansız ola bilirlər, ikiayaqlı viruslarda da bu var, ikiüzlülük, gah guya “insan” olurlar, gah da əsl virus!
Canlı olmadıqda, kristal hala düşürlər, qorunurlar, canlı hüceyrəyə çevriləndə, kristal forma dağılır və canlanır….
Əsl virus kimi bu virusların digər canlılar kimi vücudu olmadığına görə yaşamaq üçün başqa canlılardan istifadə edirlər…. Virusun zülal örtüyü var ki, bu örtük sayəsində hüceyrələrə girə bilir… Bu zülal örtüyü ikiayaqlı viruslarda maska, girdiyi rollar, riyakarlıqdır… Virus öncə quyruq qismi ilə bakteriyaya (bakteriya rolunda oynayan insanlar) yapışır, sonra da fermentlərlə bakteriyanın divarını deşir (aldadıb beyin yuma, özünə tərəfdaş etmək, sui-istifadə)  və virusun genetik kodları bakteriyanın içinə girir və onu yoluxdurur özü ilə. O bakteriya vasitəsilə xəstələndirir üçüncü tərəfi-qurbanını… Yəni A tərəf (ikiayaqlı virus) ya birbaşa C tərəfini (qurbanı), ya da B tərəfi (bakteriya) vasitəsilə xəstələndirir. Beləcə minlərlə, yüzlərlə qurbana, bakteriyaya öz prinsiplərini, arzularını, xoş olmayan niyyət, məqsədlərini yeridir və cəmiyyəti xəstələndirir… Lap xərçəng xəstəliyi kimi, sonra da bu xəstəlik metastaz verir, verir digər orqanlara, yoluxucu xəstəlik kimi yayılır, cəmiyyətdə regenerasiya prosesi gedir, cəmiyyətdəki “orqanizmlərdə” qopan və ya zərər görən hissəsinin yenidən yeni və daha sağlam hissə ilə bərpa edilməsi prosesi getsə də, bu cəmiyyəti bu xəstəlikdən tam sağaltmır, viruslardan, bakteriyalardan azad etmir və qurbanların sayını azaltmır…  Çünki cəmiyyətdəki regenerasiya prosesi də hər bir orqanizmin təbii ehtiyacına uyğun olur…
Beləcə viruslar bakteriya və qurbanların genetik koduna keçir, geninə təsir edir, gələcək nəsillərə ötürülür…
Proses davam edir, virus yaşamaq üçün ehtiyac duyduğu enerjini təmin etmək üçün bakteriyadan istifadə etməyə başlayır… Bakteriyalar virusun genetik kodlarının artmasında böyük rol oynayır… Yəni bakteriya tipinə aid olan bakteriyalardan ikiayaqlı viruslar öz niyyətləri üçün nəyi var istifadə edir!
Virus bu yolla sayını artırdıqca, bakteriyanı içdən parçalayır, sərbəst fəaliyyətə keçir! Məncə, bu proses Sizin hər birinizə çox gözəl tanış mənzərədir…
Buna görə də virus və ikiayaqlı viruslarla mübarizə aparmaq olduqca, çətindir, amma mümkündür!
Отправить комментарий