2/19/2016

Bizdən adam olmayacaq…

12049133_10207819599755794_5841062913024938894_nUşaqlar bizim gələcəyimizdir… Tərbiyə, biliklərin, əxlaqın, mənəvi dəyərlərin əsasları uşaq doğulmamışdan öncə və doğulandan ölənədək qoyulur, gen özünü göstərir, ailə tərbiyəsi təsir edir, ətraf mühit, ətrafındakı insanlar, dost-tanış, ictimaiyyətin rəyi çox böyük təsir göstərir insanın fərdiləşməsi prosesinə…

Valideynlərin önəmi böyükdür, valideynləri seçmək imkanımız çox zaman bizə verilmir… Bəzən elə valideynlər verilir ki, uşaqlara onları qınamaq olmur, o uşaqlar, ya elə pis insan olurlar ki, qınaya bilmirsən, çünki vaxtında, uşaq olarkən lazımı olanları almamışlar valideynlərindən, ya da ki, elə yaxşı insanlar olurlar ki, valideynlərinin təsirinin olmaması sevindirir adamı… Elə də olur ki, valideynsiz qalır uşaqlar, kimsəsiz, doğulduğu gündən həyatda həyata atılmış olurlar… Bunu da edən valideynlər olur… Bəzən isə elə valideynlər olur ki, yaxşı insanlardır və uşaqlar elə insan çıxır ki, o uşaqlar doğulmasaydı, daha yaxşı olardı… Amma indi müzakirə mövzusu başqadır, əsas mövzumuz valideynlərdən, ictimaiyyətdən, ətraf mühitdən, dost-tanışdan asılı olmayaraq insan olmaqdır!

Bizdə şərq xalqları, mədəniyyəti, mühiti nədənsə ta qədimlərdə, din gəlməmişdən öncə daha sivil, daha mədəni, daha müdrik idi… Sonra isə qılıncdan keçirildik, yaxşıların qanı axdı, qaldı pislər, onlar çoxaldıqca, çoxaldı…

Rəşad Nuri Güntəkinin və digər şərq yazar, şairlərin əsərlərini oxuyuram, o vaxtdan nadanlıq, dini mövhumat, mənasız və insanlığa zidd şəriət qanunları, dini nümayəndələrin qadağaları da, gündəmdə idi, ictimai rəy, insanlığa zidd hərəkətlər cəmiyyətdə biabırçı vəziyyətdə idi… Şərq dünyası düzələn deyil, şərq əhli insan olan deyil… Hamısının arxasında nadanlıq, bisavadlıq, dindarlara inanmaq və qorxu, paxıllıq, qısqanclıq dayanır… İnsan olmaq və insanları sevmək lazımdır… Qorxmaq deyil… Mən dinlərə deyil, özünü dindar adlandırıb, insanlara təzyiq və təsir göstərənlərə, istədikləri kimi beyinlərini yuyanlara, dinin, Allahın adına xələl gətirən mövhumatçılara, radikal insanlara, radikal və nadan dindarlara və nadanlığı yayanlara, elmə nifrət edənlərə nifrət edirəm…

Ərəblər, farslarla qanımız qarışdıqca, korlandıq, qanımız qaraldı, qırmızılaşmaq əvəzinə…

İndi qərblilər daha sivil, mədəni, müdrik və ağıllı olublar, şərqdən götürüb öyrəndiklərini, aldıqlarını indi şərqə qarşı yönəldirlər…

Bizdən adam olmayacaq!

  • Nə qədər ki, cəmiyyətdə xəstə təxayüllü insanlar özünə xeyir edəni qınamaq, xeyir etməyəni qınamamaq, başqasına paxıllıq etmək, qısqanmaq kimi cəhətləri uşaqlara uşaq vaxtından aşılayacaq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, uşaqlarımızı məcburi qaydada, ağlı kəsməyən yaşda dinə, cəmiyyətə qurban verəcəyik, bizdən adam olmayacaq;

  • Nə qədər ki, uşaqlarımızı uşaq yaşından qorxu içində böyüdəcəyik, qorxudacağıq, səhvləri deyib, düzəltmək əvəzinə, döyüb, söyüb, təhqir edəcəyik, uşaqlarımızla ünsiyyətdən, uşaqlarımızı anlamaqdan, dinləməkdən qaçacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, uşaqlarımızın xətrinə dəyənləri, ağladanları, incidənləri tanımadan uşaqlarımıza onları döyməyi, söyməyi öyrədəcəyik, o uşaqların valideynlərini tapıb, onlarla sivil insan kimi danışmayacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər öz gerçəkləşməyən arzularımızı uşaqlarımıza zorla sırıyacağıq, onların arzu və istəklərinə, seçimlərinə hörmətlə yanaşmayacağıq, demokratik, tolerant yanaşıb, azad düşünməyə icazə verməyəcəyik, onları idarə etməyə, özümüzdən asılı vəziyyətə salmağa çalışacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, təhqir, söyüş, döymək, ailədaxili aqressiyanı uğurlu tərbiyə metodu hesab edib, uşaqlarımızı ağladacağıq, qanını axıdacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, övladımızı hamının yanında, ictimai yerdə qınayıb, danlayıb, pisləyib, qiymətdən, hörmətdən salacağıq, bizdən adam çıxmayacaq;

  • Nə qədər ki, övladlarımıza məhdudiyyətlər, qadağalar qoyub, övladlarımıza istədiyini verməyib, almayıb, gözlərini ac qoyacağıq, qonaq gələnlərə və gedəcəyimiz qonaqlara hər şeyi alacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, müsbəti qoyub, övladlarımıza mənfini təlqin edəcəyik, bizdən adam olmayacaq;

  • Nə qədər ki, uşaqlarımızı digər uşaqlarla müqayisə edib, tənqid edəcəyik, müqayisə etməklə, onun fərdiçiliyini, fərqliliyini qəbul etməyəcəyik, sağlam düşünməsinə maneələr yaradacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, uşaqlarımızı “el nə deyər” prinsipi ilə onların uşaqlıq illərini, gənclik illərini əllərindən alacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, uşaqlarımıza təhsil vermək əvəzinə, ərə verib, evləndirəcəyik, uşaq vaxtından ana, ata edəcəyik, elm öyrətmək, savad vermək əvəzinə, dini ayinlərə, mövhumata yönəldəcəyik, sünni şiə mübahisələrinə qatıb, ayrıseçkilik edəcəyik, bizdən adam olmayacaq;

  • Nə qədər ki, təhsil almaq əvəzinə, işləməyə məcbur edəcəyik, məktəbdən, təhsildən yayındıracağıq, pulun təhsildən, savaddan önəmli olduğunu beyninə soxacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, oğul övladlarımızı qız övladlarımızdan çox sevəcəyik, oğul övladlarımıza hər şeyi bağışlayıb, başımızın tacı eəcəyik, qızımızı az sevib, günahını bağışlamağa çətinlik çəkəcəyik, qızın səhvlərini baş tapdağı hesab edəcəyik, bizdən adam olmayacaq;

  • Nə qədər ki, qızımızı ərə verməmişdən öncə və sonra, oğlumuzu evləndirməmişdən öncə və sonra beynini yeyib, yeni ailəsinə əli silahlı, nifrətlə, qəzəblə dolduraraq yollayacağıq, yeni ailəsini düşmən gözündə görüb, hər işinə qarışacağıq, ailəsini dağıtmamış, rahatlıq tapmayacağıq, bizdən adam olmayacaq;

  • Nə qədər ki, qızımızı “olmazlarla”, oğlumuzu “olarlarla” tərbiyə edərək, qızımızla oğlumuzu bilməyərək, bir-birinə düşmən edəcəyik, bizdən adam olmayacaq;

  • Nə qədər ki, oğul atası oğluna qız tutmağı, atmağı, fırlatmağı, öyrədəcək, qız anası qızına seriala baxmağı məsləhət biləcək, bizdən adam olmayacaq;

  • Nə qədər ki, oğlan evindən bahalı maşın, ziniyət əşyaları, parfümeriya, geyim, ev, telefon hədiyyə istəyəcəyik qızımıza, bizdən adam olmayacaq;

  • Nə qədər ki, bahalı toy və yas mərasimləri keçirdərək, özümüzü el, obada san-şöhrət qazanmaq, ulduz almaq və seçilmək istəyəcəyik, bizdən adam olmayacaq;

  • Nə qədər ki, insanlara sağlığında qiymət verməyib, öləndən sonra da dalınca danışacağıq, bizdən adam olmayacaq;

Отправить комментарий