2/19/2016

Biz elə “tolerantıq” ki…

  • Bizdə ali və ya orta məktəbdə rus bölməsini bitirənlər azərbaycan bölməsini bitirənlərə “çuşka” və “geridə qalmış” kimi baxır…

  • Qızlarımız xarici vətəndaşa ərə gedəndə, qınanılır, onlara pis baxırlar, oğlanlarımız xarici vətəndaşlarla ailə quranda “bomba oğlan, qaqaş” sayılırlar…

  • Özümüz sünni-şiə davası etdiyimiz halda, başqalarını da müsəlman edirik, xristian, yəhudiyə, ateist və deistə, buddistə yolundan azmış kimi yanaşırıq…

  • Boşanan, zorlanan, dul qadına bakirə olmadığını bildiyimiz andan, pulsuz seks obyekti kimi yanaşırıq;

  • Xarici vətəndaş görəndə, deyirik ki, “Hara baxırsan, hara tüpürürsən, bu zibillər çıxır qarşıma”;

  • Fiziki imkanları məhdud olanlara qüsurlu və əlil kimi yanaşırıq;

  •  Anasını və ya atasını itirənlərin üzünə “yetim” deyirik, kimsəsiz demək əvəzinə;

  • Qadını futbol və ya idman meydançasında azarkeşlik edən yerdə görəndə deyirik ki, “sən burda neyləyirsən, get evdə bozbaşını bişir” və ya tanış olub, söz atmaq üçün bir səbəb düşür əlimizə;

  • Xarici dili bilməyənlərə yuxarıdan aşağıya baxırıq;

  • İctimai qınağı yerli-yersiz istifadə edib, hamını qınayırıq, özümüzü qınayanda isə xoşumuza gəlmir;

  •  Oğlan övladlarımızı qız övladlarımızdan çox sevirik;

  • İnsanları sosial status və maddi durumuna görə insan hesab edirik;

  • Millət vəkili seçilmək istəyənlər əməlləri və gözəl insan olmaqları ilə səs qazanmaq və tanınmaq əvəzinə, sosial şəbəkədə səs dilənirlər və başqalarının vaxtını və əsəblərini əlindən alırlar;

  • Çoxluqdan fərqli düşünən insanlara “dəli” damğasını vururuq;

  •  Bizdə “tolerantlıq” nədir xəbəri olmayan insanlar belə özünü tolerant sayır və “radikalizm” nədir, bilməyən insanlar hamını radikal baxışlarda ittiham edir;

  •  Birinin yaxşı evi, işi və ya maşını olan kimi gözümüz götürmür;

  •  Qadına ikinci dərəcəli varlıq, qul kimi yanaşırıq, insan kimi deyil;

  • Sözdə yaşayırıq vətənpərvərliyimiz, xaricə gedən kimi, millətimizdən də, vətənimizdən də utanırıq, xaricilərin ölkəsində onları ən yaxşı, özümüzünküləri pis sayırıq;

  • Kişi qadını boşayanda, qadını “fahişə” edirik, şərləyirik, kişiyə haqq veririk, qadın boşananda, qınayırıq, boşanmamalıymış, dözməliymiş qadın hər şeyə;

  • Uşaq vaxtından uşaqlarımıza başqalarına düşmən kimi yanaşmağı və başqalarını döyüb söyməyi öyrədirik;

  • Təzə ailə quranların işinə böyüklərin qarışmasını və problemin şişməsini vacib həll yolu hesab edirik, qoyun özləri həll eləsin, dağıtmasanız gənc ailəni müdrik olmazlar;

  • Tənha qadını bədbəxt və xəstə, tənha kişini xoşbəxt və sağlam hesab edirik;

  • Qarabağ uğrunda döyüşənlərə, qazi olanlara hörmət etməyi unuduruq, diskriminasiya edirik;

  • Kişi yaradıcı insan olanda, dəstəklənir, qadın yaradıcı insan olanda, pis baxılır, guya yüngül əxlaqlıdır;

  • Qara dərili insan görən kimi elə təəccüblə baxırıq ki, sanki o bizim ölkəmizdə nə gəzir?

  • Öz fikrini bildirən və cəsarət edib yazan insanı söyüb təhqir edirik, sonra da özümü qəhrəman hesab edirik;

  • Ömründə bir dəfə belə kitab üzü açmayan insan kitab oxuyan insana pis baxır, “ağlı qıcqırıb”, “oxumaqla ağlın artacaq” deyir;

Bizim cəmiyyətimizdə tolerantlığın T hərfi belə yoxdur. Başınıza dəysin bu cür “tolerant” olmağınız…

Отправить комментарий