2/19/2016

Bilmirəm, nə deyim?!

İrişir, qırışır, o, mənə baxır,
Dözməyib sükuta, hələ söz atır,
Cavabsız qalanda, dalımca qaçır,
Cavabı alanda, mənə şər atır,
Bilmirəm, insandır, yoxsa ki, heyvan?!
Nə niyyət mədəni, nə var insanlıq,
Beynində şəhvətdir, ehtiras, yanıq,
Oxuyur hər gecə Kamasutranı,
Baxdığı pornodur, erotikadır,
Bilərək, heyvani hisslər oyadır…
Bilmirəm, nə deyim, susuram hələ…
Nə gənc kimi gəncdir, nə yaşlı nəsil,
Keçid dövründədir, çıxmaq istəmir,
Uşaqtək “məsumdur”, bizi aldadır,
Bildiyi bicliklər içdə gizlənir,
Yalandır əxlaqı, guya dindardır …
Min sima göstərir, başqalarına,
Dərs keçir bizlərə namus, qeyrətdən,
Yazdığı, dediyi fərqli əməldən,
Üzünə tüpürmək lazımdır ancaq,
O, mənə nümunə olmaz heç zaman…
Sadəcə bir mələk görünüş alır…
Adını qoyubdur kişi və qadın…
Beləsi qadındır, kişidir guya?!
Отправить комментарий