2/19/2016

Bilirsən, bezmişəm…

Bezmişəm, mənə deyilən yalanlardan, dediyim yalanlardan…
Bezmişəm, üzümə gülənlərdən, dalımca danışan qorxaqlardan…
Bezmişəm, içimdə kədər olan zaman gülümsəmək və gülməkdən…
Bezmişəm, bədbəxt olduğum halda, xoşbəxt görsənməkdən…
Bezmişəm, hər dəfə yazmaqdan, sonra pozmaqdan…
Bezmişəm, yazmaqdan,  yaratmaqdan, bezmişəm oxumaqdan…
Bezmişəm, düşünməkdən, düşündürməkdən…
Bezmişəm, dərd çəkməkdən, dərdə salmaqdan…
Bezmişəm, maska taxmaqdan, rola girməkdən, düşmənləri sevindirməmək üçün…
Bezmişəm, özümdən, həyatımdan, təbiətdən, insanlardan…
Bezmişəm sevgidən, sevilməkdən, tənhalıqdan, cüt olmaqdan…
Bezmişəm, xəstələnməkdən, sonra sağalmaqdan…
Bezmişəm, yuxarı qalxmaqdan, yıxılmaqdan, yenidən ayağa qalxmaqdan…
Bezmişəm, sıfırdan başlamaqdan, bitirməkdən…
Bezmişəm, uğur və uğursuzluqlardan…
Bezmişəm, hər dəfə tanış olmaqdan, yaxın bilməkdən, sonra uzaqlaşıb soyuqlaşmaqdan…
Bezmişəm, od olub yandırmaqdan, yanmaqdan…
Bezmişəm, sevincdən, sonra kədərdən..
Bezmişəm, birlikdən, sonra ayrılıqdan…
Bezmişəm, canlılardan, cansızlardan…
Bezmişəm, vicdanımdan, ağlımdan, qəlbimdən…
Bezmişəm, hərəkətsizlikdən, hərəkətdən…
Bezmişəm, mübarizə aparmaqdan, mübahisələrdən…
Bezmişəm, təriflərdən, tənqidlərdən…
Bezmişəm heç nədən, hər şeydən…
Bir bəhanə belə lazım deyil mənim bezməyimə…
Отправить комментарий