2/23/2016

Bankların bağlanmasının mənfi və müsbət tərəfləri


12065908_120270808333622_1268072281313856628_n
Bankların bağlanmasının mənfi və müsbət tərəfləri var.
Mənfi tərəflər aşağıdakılardır:
  • İşsizlik – banklar bağlanan zaman filiallar da bağlanır, istər Bakıda, istərsə də rayonlarda, nəzərə alsaq ki, işçilərin əksəriyyəti gənclərdir, hər bankın filialında ən azı 10 işçi var, bir bankın üzərinə ən azı 100 filial işçisi düşür, 6 banka minimum 600 işçi düşür, minimum bir bankın filial sayını 10 hesablasaq, 6 banka 60 filial düşür, deməli regionlarda da, gənc kadrların işsizlik problemi olacaq, yeni iş tapmaq da çətindir, nəzərə alsaq ki, banklarda əmək haqqı digər şirkətlərə baxanda yüksək idi, gənclərin işsiz qalmağına yanıb tökülmək lazımdır;
  • Problemli kreditlərin payının artması hər işsiz qalanın ipoteka, avtomobil və istehlak kreditinin olmasını ehtimal etsək, anlayarıq ki, işsiz qalan kreditlərini ödəyə bilməyəcək və bu isə digər banklarda problemli kreditlərinin payının artmasına və təminat qismində qoyulan girov obyektlərinin bankın baalansına keçirilməsinə və satışa çıxarılmasına gətirib çıxaracaqdır, banklar girov götürüb balansına keçirdikləri əmlakı necə satacaqlar, sata bilməsələr, bu onlar üçün qeyri-likvid aktivə çevriləcəkdir.
  • Banka olan kreditlərin vaxtından əvvəl geri qaytarılması-bank öhdəliklərini (bankın digər bank və maliyyə qurumlarından götürdükləri kredit, buraxdıqları və satılan istiqrazlar, əhalinin əmanəti və cari hesablardakı pul vəsaitini, səhmdarların pulunu-payını) qaytarmaq üçün aktivlərini likvid etməlidir, real pul əldə etməlidir, bu isə yükün kredit  portfeli və əsas vəsaitlərin üzərinə düşəcəyi deməkdir;
  • Əmanətlərin qaytarılmasında problemlərin yaranması-banklar aktivlərini real pula çevirə bilməzsə, qeyri-likvid aktivləri gec satışa çıxarılsa, satış prosesi uzansa, kreditlərin qaytarılmasından imtina edilsə, bank əmanətləri qaytara bilməyəcək;
  • Banklardan kredit götürən kiçik və iri sahibkarların müflis olması-banklar öz öhdəliklərini icra etmək üçün aktivlərini cəlb etməyə başlasa, bank verdiyi kreditləri tələb edəcək, bu isə fiziki şəxslərdən savayı, kiçik və orta sahibkarların biznes və aqrar kreditlərinə, bank vasitəsilə dövlət fondundan alınan kreditlərin banka qaytarılmasına və həmin müəssisələrin və sahibkarların maddi durumunun pisləşməsinə, işçilərin ixtisar edilməsinə və ən pis halda müflis olmasına gətirib çıxaracaqdır, krediti qaytara bilmədiyi halda, təminat qismində qoyulan girov və biznes, əsas vəsaitlər əldən gedəcək, sahibkarın cari hesabı bloklanacaqdır;
  • Bank krediti yolu ilə məhsul satan və xidmət göstərən şirkətlərə, mağazalara zərbə dəyəcəkdir, məhsul və xidmətin dəyərini birdəfəlik ödəyə bilməyən müştəri onu hissə-hissə ödəmək imkanından məhrum olacaqdır. Bu isə məişət, avtomobil krediti bazarının payının azalmasına səbəb olacaqdır, busahə üzrə fəaliyyət göstərən şirkətlərin satışının azalmasına və birbaşa satış gəlirlərinin azalmasına gətirib çıxardacaqdır.
  • Banklarla birlikdə əməkdaşlıq edən və törəmə təşkilatları olan klirinq, lizing, sığorta, konsaltinq şirkətlərini də onların əməkdaşlıq etdiyi bankların aqibəti gözləyəcək, çünki bir bankın bir neçə törəmə maliyyə qurumu olmaqla, pulu öz aralarında dövriyyəyə buraxıb, hər tərəf qazanmış olurdu, indi bank, ən iri iştirakçı və təsisçi kimi bağlanırsa, digər qurumları da eyni aqibət gözləyir, yenə də həmin şirkətlərin işçiləri ixtisara düşəcək və işsizlik problemini yaradacaq.
Bankların bağlanmasının müsbət tərəfləri aşağıdakılardır:
  • Maliyyə sağlamlaşdırılması işi görüləcək;
  • Banklar arasında sağlam rəqabət olacaq;
  • “Ölü” banklar bazardan çıxarılması çirkli pulların yuyulmasının azalmasına səbəb olacaq;
  • Maliyyə bazarında maliyyə dayanıqlığı ilə seçilən banklar qalacaq;
  • Bankların maliyyə riskləri bölüşdürülmək yolu ilə azaldılacaq;
  • Sahibkarlarımızın bank kreditlərindən asılılıq yolu ilə sərmayələşməsinin payı azalacaq;
  • Banklar tərəfindən prudensial və qanunpozuntu halları azalacaq və müştəri hüquqlarının müdafiəsi işinə nəzarət güclənəcək və istehlakçıların hüquqlarının müdaifəsi işinə diqqətli yanaşılaraq, müştərilərinə hörmətlə yanaşılacaq;
  • Bankların fəaliyyət istiqaməti dəqiqləşəcək -Korporativ, fərdi, sərmayə və s.
Отправить комментарий