3/10/2017

Mentalitet, Antimental Temperament... 18+

Ön söz əvəzi

Özünü peyğəmbər və mələk hesab edən şəxs söysün məni, sözlə daşlasın...
Bütün tabulara, mentalitetə və mental temperamentə
bu yazımda yox deyirəm...
Mən yazıçıyam, hər mövzudan yazıram...
Ment nədir? Ment-polisdir, Mentalitet-“tet a tet
alıb verənlər”in polisidir. Polisin işi qadağaları pozanları tapıb, cəzalandırmaqdır. Temperament- templəri izləyən və templərə görə davranışların qadağaları və o qadağaları qoruyan mənəvi və daxili polisdir ki, insanların xarakterini formalaşdırır.
            Antimental isə qadağaları, mentləri və daxili templərini məhdudlaşdırmayan sosial dəyər, statusdur. Tabuları yıxan insan isə antimental temperamentə malikdir.

Bu yazını yaşı 18 yaşdan aşağı, 60 yaşdan yuxarı olanlar, ürəyi zəif olanlar, namus – qeyrətdən dəm vurub, özü bir qəpiklik qiymətə sahib olmayanlar, yanıqlar, yaradıcılığı anlayamayanlar, əsəb xəstələri, ruhi xəstələr, hər kəsə fahişə kimi yanaşanlar oxumasın, ciddi şəkildə tövsiyə edirəm.
Bu bir yazıdır, xəyalımın məhsuludur.
Kimsə yozmasın... Sadəcə oxumaq istəyən oxusun...
Bir qadın olaraq tövsiyəm, maarifləndirici yazıdır... Evli kişilər, xanımlarınızı maarifləndirin, sevgi və həzzi ailənizdə xanımınızla yaşayın, subaylar öyrənin, öyrədin...
                





 I hissə: İlk dəfə...
Tanışlıq. Məni sanki 100 ildir ki, tanıyırsan. Elə mən də səni... Bu qədər oxşar, yaxın, doğmalıq var... O gün soyuq ayın günlərindən biri idi. Mən yaxın rəfiqəmin tədbirini aparırdım. Çox adam var idi. Bir az həyəcanlı idim. Yaxın dostlarım var idi, dəstək olurdular. Onların yanımda olması mənə ürək-dirək verirdi, üzərimdə böyük məsuliyyətin olduğunu, insanları maraqlandırmalı olduğumu, hər kəsin diqqətinin mənim üzərimdə olduğunu hiss edirdim. Bu tədbiri uğurla açmalı və bağlamalı idim. Hər kəs razı qalmalı, bezməməli və yorulmamalı idi. Sən məni o tədbirdən tanıyırdın. Mənsə, səni tanımırdım. Çünki bu mühitə, bu insan birliyinə yeni düşmüşdüm. Çox adamı tanımırdım, bir çoxu məni tanısa da. Sən məni o gündən seçmişdin. O gündən bəlkə də var idi mənimlə bağlı planların. Sonra bir neçə tədbirdə birlikdə olduq. Üz-üzə gəldik, ünsiyyətdə olduq, çay məclisləri, dostlarla yığıncaq, görüşlərdə üzləşdik. Susurduq amma... Mən biganəydim, sanki səni tanımırdım. Bəlkə ona görə ki, hazır deyildim, bəlkə istəmirdim, bəlkə lazım bilmirdim, bəlkə istəmirdim kimsə olsun həyatımda.
Budur növbəti görüşümüz oldu. Növbəti görüş. Bizi yaxınlaşdıran görüş... Mən sənə gizlincə, oğrun-oğrun baxıram, səni öyrənir, təhlil edirəm. Tək deyilik. Ailəvi restorandayıq, dostlar var yanımızda. Mən bir küncdə oturmuşam, sən bir küncdə, arada baxışlarımız kəsişir.
Dostlar musiqi sifariş etdi, səs gücləndirisinə qoşdular mobil telefonu, rəqs etməyə başladıq. Öncə romantik rəqslər gəldi, cüt-cüt, tərəfdaşlarımızı dəyişərək rəqs edirdik. Dost idik, səmimi dostlar. Nəsə gözləmirdik bir-birimizdən, bir-birimiz haqqında pis fikirlərdə deyildik. Sənsə rəqs etmirdin. Oturmuşdun kənarda. Bizə tamaşa edirdin. Sonra ərəb mahnısı qoyuldu. Saad Lamjarred - Mal Habibi Malou mahnısı. Hər kəs kənara çəkildi. Tək mən rəqs etməyə başladım. Hər əlimə iki qaşıq aldım, rəqs etdim. Mən rəqs etdikcə, hər kəs sakitcə baxırdı. Susurdu. Sən də baxırdın. Gözlərini çəkə bilmirdin məndən. Elə o vaxtdan məni yaxından tanımaq istədin.
Mənsə, səni yaxın buraxmırdım. Tanış idik, amma üz vermirdim sənə. Ehtiyat edirdim. Həyatda gördüyümü görmüşdüm deyə. Kiməsə etibar etmirdim deyə, münasibət qurmurdum səninlə. Dostluğumuz belə məhdud, qapalı idi.
Zaman keçdikcə, ortaq dostlarımızın sayı artdıqca, dost məclislərində səninlə tez-tez üz-üzə gəlməyə, ünsiyyətdə olmağa və bir-birimizi tanımağa başladıq. Hər kəs məni “kompleksiz fahişə” hesab edirdi, bəlkə sən də elə düşünürdün mənim haqqımda, bəlkə bu düşüncən məni cəlb edirdi sənə. İçim özümü yandırırdı, çölüm özgəni.
Sonra sosial şəbəkə, ismarıc, zənglər vasitəsilə ünsiyyətimiz davam etdi, təklikdə görüşmürdük, tək qalmaq imkanımız da yox idi. Sənlə oxşar olduğumuz qədər də fərqli idik. Səni mənə həm cəlb edirdi nələrsə, həm səni məndən itələyirdi.
Budur ünsiyyətimiz artmağa başladı. Yaxınlaşdıq. Cəsarət tapıb görüşmək qərarına gəldik. Hər görüş zamanı yazmağa başladım, təsəvvür, istək, xəyallarımı. Sənə yazıram bu yazını. Gündəlik kimi. Bəlkə nə vaxtsa, oxuyacaqsan deyə:
Gündəlikdən: Çox cəsarətliyəm, yazıram sənə... Cəsarətliyəm, dəvət elədim evimə...
Hazıram, səni gözləyirəm... Gözləyirəm səndən xəbər: “Qapını aç, mən gəlmişəm.”
Geyinmişəm ən çox sevdiyim və mənə yaraşan donumu, bəzənməmişəm, etməmişəm makiyaj, istəyirəm təbii halımı, makiyajsız görəsən məni... Onsuz da silinəcək makiyaj, ya sən siləcəksən, ya da ki, özümə sildirəcəksən...
Budur yazdın ismarıcını, qapımı döyürsən, həyəcanlıyam, sevincliyəm, bu qədər yaxınsan mənə, cəmi bir addım...
Açıram qapını, əlində vardır qırmızı kəmşirin nar şərabı, stolumun üstündə fərqli təamlar, meyvə, çərəzlər...
Girirsən içəriyə... Təbəssüm var dodağında, sevinir parıldayan gözlərin...
“Xoş gəlmisən”- deyib, səni bərk qucaqlayıram, əlindəki şərabı alıb, mətbəxə keçirəm, bir əlimlə əlindən tutub, səni də özümlə aparıram... Ürək döyüntülərini biləyindən tuturam, nəfəsin bir gəlib, bir də gedir, tez-tez... Həyəcanlısan... Dönüb baxıram sənə... Baxışlarımız görüşür, gülümsəyirəm... Sənsə mənə baxırsan...
Hal-əhval tuturam... Sənsə susursan, sən susduqca, mən də susuram... Baxışlarımız danışır bizim yerimizə...
 Yaşantılar: Əlimlə Bakı küləyinin dağıtdığı saçlarını düzəldirəm, sığal çəkirəm... Sənsə mənə baxmağa davam edirsən, gözlərim gülür...
Saçlarını darayan barmaqlarım başının arxasına, boynuna gedir, əlimi əlində sıxırsan... Nəfəsin istiləşir...
Günahsız baxışlarımla baxıram gözlərinə, öpürəm alnından, gözlərindən, sonra yanaqlarından, əlimi bərk sıxırsan, ağrıtmır ancaq...
Əlini öpürəm, gözlərin alovlanır, sonra çəkirəm əlini boynundan, buraxıram əlini, bir az uzaqlaşıram...
Soruşuram ac olub olmadığını, sənsə susursan, bilirəm acsan, cavabında “acam, doyurt məni, səni yemək istəyirəm” deməyini gözləyirəm, sənsə susursan, sükunət içində baxırsan mənə...
Baxışlarınla yeyirsən məni... Gəlirsən mən tərəfə, əlimdəkiləri alırsan əlimdən, qoyursan kənara... Əlinlə üzümə düşən saçlarımı kənara atırsan, əlin yanağıma toxunur, baxmağa davam edirsən...
Saçlarımda gəzir əlin, sonra düşür boğazıma, boynuma, sonra qollarımdan sürüşərək düşür belimə, iki əlinlə əsir edirsən məni tutaraq belimdən, dartırsan öz tərəfinə...
Üzümüz arasında məsafə 1-2 sm... İsti nəfəsini və ürək döyüntülərini hiss edirəm, ritmini tuturam...
Baxışlar çox yaxın, nəfəs nəfəsə qarışır, baxışım gözlərindən düşür dodağına, dodağımla yüngülcə toxunuram dodağına...
Dodağını sanki dişləyirəm... Buta kimi olanda sovurub içimə çəkirəm...
Dilimlə yarıram dodağındakı qalaqurmanı, matsan, təslimsən, dilim gəzir içində... Tapır yarını, çıxardır dilini salır ağzıma, dilini sovururam...
Ürək döyüntüsü ritminlə öpürəm səni, sinəmlə sinənə toxunur, əlimlə açıram köynəyinin düymələrini... Əlimi gəzdirirəm bədənində, toxunuram boynuna, belinə, cırmaqlayıram belini dırnaqlarımla...
Boynundan əlim qalxır başının arxasına... Öpdükcə, oynayıram saçlarınla... Əlimlə başını sanki massaj edirəm... Köynəyinin düymələrini tam açıb, çıxardıram bədənindən...
Sən məni özünə tərəf bərk sıxırsan... Tələsmirik,  bir-birimizə baxırıq, nəfəs almağımız tezləşir, nəbzimiz tez-tez vurmağa başlayır... Sonra öpüşərək məni itələyirsən mətbəxdəki stola...
Qaldırıb otuzdurursan stolda, donumu qaldırıb, ayağımı aralayırsan, özünə tərəf çəkirsən məni...
Bir əlinlə başımı sıxırsan, dəlicəsinə öpüşürük... Dodağından öpə-öpə düşürəm aşağı, qulaqətrafını, boynunu, sinəni öpürəm...
Sənin “qızıl başlı ilan”ın oyanıb, dik dayanıb, hazırdır, yanırıq, ikimiz də alov içindəyik, bədənlərimiz qızışıb... Sən sanki şirsən, mənsə dovşan, yemək istəyirsən məni... Ovçu ovuna baxan baxışlarla süzürsən məni...
“Qızıl başlı ilan”nı hiss edirəm, alıram əlimə, massaj edirəm bir az, bir az toxunuşlarımla oynadıram, bir az yüngülcə sıxıram...  Dodağımla öpürəm, dilimlə yalayıram... Ağzıma alıram, yaman bərkdir... Sən həzz içindəsən, iniltini eşidirəm... Şir kimi nərildəyirsən... Səsin gah boğulur, gah da gurlaşır. Susmursan...Susa bilmirsən... Ehtiras danışdırır səni...
“Sənindir, dişlə, ye, sovur, əm onu” deyirsən mənə... Ehtiraslandırır sənin ehtiraslı sakit səsin...
Ağzıma alıram “qızıl başlı ilan”nı, sovururam, hərəkət edir ağzımda, dilimlə toxunuram ucuna, sonra yenə sovururam, ağzımda lap bərkiyir... Stoldan düşürdürsən məni, çevirirsən arxamı özünə tərəf... Çıxardırsan paltarımı, tam lütəm...
 Əyirsən məni stola doğru... Ayaqlarımı aralayırsan... Arxamdan yüngülcə şillə vurub, girirsən yanar quyuma... Bir əlinlə də mənim gülümün dodaqları, butaları ilə oynayırsan...
Girib çıxırsan, lap dərinliyimdə hiss edirəm səni... G nöqtəsinə toxunduqca, ah çəkirəm, əlimlə ağzımı tutursan...
Barmaqlarını salıram ağzıma... Bir-bir hamısını dişləyib yalayıram... Barmaqların ağzıma girib çıxdıqca, lap ehtiraslanıram, sən də ehtiraslanırsan, daha sərt, daha ritmik, templə, daha dərinə girib çıxırsan... Həzzdən qışqırıram...
Əlini ağzımdan sinəmə doğru aparırsan... Bir əlinlə sinəmi bərk sıxırsan, o biri əlinlə yumşaq yerimdən vurursan... Birdən çıxırsan yanar quyumdan, çevirirsən məni özünə tərəf, uzandırırsan stola, bir əlinlə sıxırsan sinəmi, o biri əlinlə məni özünə tərəf çəkirsən, döşlərimi bərk sıxırsan...
Sonra əlin düşür aşağıya, bir əlinin öncə bir barmağı, sonra ikinci barmağı girir yanar quyuma, bir əlinlə isə ombamdan tutub dartırsan özünə tərəf... Sənə çox yaxınam, birləşmişik, yoxdur aramızda məsafə... Barmaqlarınla bir az oynayandan sonra çıxardırsan, “qızıl başlı ilan”ın girir təkrar yanar quyuma, qızdırmam qalxır sanki, içim də, çölüm də atəş içindədir, od tutub yanır...
Keyf içindəyəm, xoş ağrı var yanar quyumda, sən məni özünə tərəf daha da sıxırsan, iki əlinlə “qızıl başlı ilan”nı gah salıb, gah çıxardırsan, oynayırsan, səbrsizəm, dəli edirsən məni...
Gah tez-tez, gah yavaş-yavaş hərəkət edirsən, dayanırsan, dayandıqca, mənə baxırsan, həzz almağım səni ehtiraslandırır, əlimlə sıxıram səni...
Yanar quyumdasan, hərəkətsiz dayanırsan... Danışırlar yanar quyumda iki tərəfdaş... Bir az sükunət içindəyik, sonra məni qucağına alırsan, bir ayağımı qaldırıb, divara sıxırsan, bərk sıxırsan divara, ehtirasla öpürsən, dişləyirsən dodağımı...
Çevirirsən yenə arxamı özünə tərəf, əlinlə bədənimdə gəzirsən... Dayanırsan... Boynumdan öpür, dişləyirsən, dilinlə yalayırsan boynumu, qulaqətrafını, boyun arxasını, çiynimi dişləyirsən...
Əlin enir aşağı, barmaqların girir yanar quyuma... Barmaqların girib çıxdıqca, sulanıram, ahlarım, iniltilərim səni ehtiraslandırır...
Nəfəs almağımı dinləyib, yenə məni çevirirsən özünə tərəf... Ayağımı qaldırırsan,  birdən gözlənilmədən girirsən yanar quyuma, inildəyirəm... Susdurursan məni öpüşlərinlə... Dəlicəsinə öpürsən, dişlərinlə dodaqlarımı dişləyirsən, dodaqlarınla sovurursan dodağımı... Sakitləşirəm... Üzümə baxır gözlərin... Gözlərimi açıram, baxışlarımız rastlaşır... Başımı qaldırıb öpürsən ehtirasla...
İçimdə dayanırsan azacıq, yanar quyumdasan və məni hiss edirsən... Mən də səni hiss edirəm, dik və bərk, uzundur... Əsl mən istədiyim kimi... Ağrılardan feyziyab oluram, həzzdən fırlanır başım, sən yanar quyumda tez-tez hərəkət edirsən, ağrıları hiss etdikcə, keyfdə oluram, sənsə özünü daha sıxmırsan, boşalırsan... Əlindən tutub hamama aparıram səni... İsti duşun altındayıq... Birlikdə çimirik... Bədənini suda yuyuram sənin...
Suyun altında sənin “qızıl başlı ilan”ını, yuyuram onu, əzizləyirəm, massaj edirəm...
Bir az oynadıqdan sonra alıram ağzıma, ağzıma alıb çıxardıram, oynayıram, ağzımda olarkən dilimlə əzizləyirəm, əlimlə xayalarınla oynayır, massaj edirəm... Saçlarımla oynayır əllərin... Qaldırırsan məni yuxarı... Sıxırsan divara, öpürsən vəhşicəsinə, dişləyərək, sovuraraq dodağımı... Dişləyirsən öncə dodağımı, sonra yanağımı, boynumu... Əriyirəm öpüşlərindən, toxunuşlarından, keyfdən sanki məstəm... Əllərinlə sinəmə toxunursan... Titrəyir bədənim ehtirasdan... Boynuma doğru gələndə çevirirsən məni divara doğru... Saçlarımı qaldırıb boynumu öpüb dişləyirsən, həzz alıram dişləmələrindən, ağrılardan... Əllərinlə sıxırsan döşlərimi, ağrıtmır amma... Gilələrlə oynayırsan... Belimə doğru gedir öpüşlərin, aşağıya çatanda, məni də aşağıya dartırsan... Oturursan vannada... Öpüb dişləyirsən sinəmi, “qızıl başlı ilan”ını oynadıram, oyanır, xayaların barmaqlarımın arasındadır... “Qızıl başlı ilan”ını sürtürəm yanar quyumun üst hissəsinə, salıb çıxardıram... İntizardasan... Gözləyirsən davamını...
Tələsmirəm, yavaşca salıram onu yanar quyuya, birdən otururam üstündə, birdən girir yanar quyuma, dərinə gedir, lap dərinə... Ayaqlarımı aralayıb aşırdıram arxana... Tam girsin deyə yanar quyuma, daha da yaxınlaşıram, sıxıram səni özümə doğru... Oturub qalxıram...
Əlimdən tutub özünə çəkirsən... Mənsə arxaya doğru əyilirəm, hərəkət edirəm... Hərəkət edirəm arxaya, irəliyə, yuxarıya, aşağıya... Lap dərinliyə... İçimdə lap bərkiyir, tam hiss edirəm onu, bir anlıq dayanıram... Sən baxırsan mənə... Bilmirsən nə edəcəyimi... İntizardasan... Dəli etmişəm səni... Unutmuşuq özümüzü...
Çıxardıram, azacıq qalır yanar quyumda... Birdən yenidən salıram... 3-4 dəfə salıb çıxardıram...
Su kranını bağlayıram... Oynayıram beləcə... Dəli olursan... Sonra yenə hərəkətdəyəm... Tez-tez üstündə hərəkət edib, lap dərinə doğru girir, hiss edir məni, G nöqtəsinə dəydikcə, sanki bu dünyadan ayaqlarım üzülür... Cənnətdəki həzzdəyəm... Boşalırsan... Suyu açıram... Yuyunuram... Dəsmala bürünüb çıxıram... Baxışlarım səndədir, baxışlarımla səni çağırıram ardımca... Mənə baxırsan...
Yuyunursan tələsik... Vannadan çıxırsan dəsmala bürünərək, gəlirsən mən olan otağa... Dəsmalını çıxardırsan, dəsmalımı atırsan kənara... Yenidən təslim oluram sənə... Sən gəldikcə, mən arxaya baxmadan arxaya doğru addımlar atıram... Sən mənə tərəf gəlirsən, mənsə arxaya doğru gedirəm...
Kresloda oturursan... Çıxıram üstünə... Sərt və tez-tez hərəkət edirəm... Sanki məst olmuşam... Nəfəsimiz qaynayır... Çıxıram...
Arxaya çevrilib otururam... Əllərinlə toxunursan sinəmə... Sıxdıqca sinəmi lap sərt hərəkət edirəm... Birdən çıxıram... Yenə salıram yanar quyuma... 2-3 dəfə təkrarlayıram... İçimdə lap dərinlikdəsən, dayanıram bir anlıq...
Çıxmadan yanar quyumdan qalxırsan ayağa, əyirsən belimi, hərəkət edirsən yanar quyumda... Yandırırsan məni... Mən yandıqca, səni yandırıram...
Atırsan məni yatağa... Qaldırırsan ayaqlarımı boynuna... Birdən girirsən... Lap dərinə... Bərk sıxırsan özünə... Dəlicəsinə sevişirik... Aktiv, tez-tez hərəkət edirsən... İçim də, çölüm də ehtirasdan yanır...
Ağrılar xoşdur mənə, həzz alıram, ah çəkirəm... Əl barmaqlarını salıram ağzıma, sovururam, sovurduqca, dişləyirəm... Sənsə dayanmadan girib çıxırsan...
Ritmik hərəkət edirsən... Tam yanar quyumdasan... Gözlərimi yumuram həzzdən... Sənsə mənə baxırsan... Lap tez-tez, sürətlə hərəkət edirsən, yanar quyumda möhkəmlənir qürur mənbəyin...
Yanar quyum quruyur, suyumu çıxardırsan, qurudursan məni... Qurtarırsan yanar quyuma... Üstümdə uzanırsan... Bir dəfə öpürsən dodağımdan... Özünə gələn kimi gedirsən hamama...
Mənsə... Mənsə uzanıb həzz alıram... Çıxırsan hamamdan, soruşursan məndən, acıb acmadığımı...
Mənsə başımla verirəm sənə “hə” cavabını... Girirəm hamama... Sən süzürsən badələrə şərabı... İşıqları söndürürsən... Həzin, instrumental, klassik musiqi qoyursan... Dəsmalımı çıxartmıram, paltarımı geyinmirəm... Dəsmala bürünmüşük ikimiz də, bu görkəmdə rəqs edirik... Dəsmala bürünmüş şəkildə yerdən bardaş qurub yemək yeyirik...
Yeyib bitirdikdən sonra yığırıq süfrəni... Musiqini dəyişirsən... Rəqsə dəvət edirsən məni... Sulu, qurumamış saçlarıma çəkirsən sığal, gülümsəyirəm, qoyuram başımı çiyninə... Bir əlinlə belimi qucaqlayırsan, o biri əlinlə tutursan əlimdən... Sanki yuxuya getmişik, həzz içindəyik...
Dəsmalımı atırsan kənara, sıxırsan özünü mənə tərəf, ehtiraslanmısan, yenə yanırsan, yenə məni istəyirsən, doymursan məndən... Bilirəm... Mənsə sənə başımla “yox” deyirəm, gülümsəyirəm, gözlərim də gülür... Mənim başqa planlarım var səninlə bağlı... Bu dəfəlik qal intizarda... Bu dəfə üçün bəs edər...
Söhbət elədik səninlə... Doya bilmirdik söhbətimizdən, bir-birimizdən...
O gün gecəni evimdə qaldın... Gecəni səhərədək yatmadıq... Hər mövzuda söhbətlər etdik. Çox sərbəst idim... Qınamırdın... Dediklərimi diqqətlə dinləyir, bəzən qaşlarını çatırdın, bəzən isə gülümsəyirdin...
Yol yorğunu olduğunu və yorğunluqdan başının və boynunun ağrıdığını söylədin... Qıymadım sənə... Əllərimdə bioenerjinin olduğunu və massaj kursunu keçdiyimi və massaj edərək ağrılardan azad edəcəyimi söylədim... İnanmadın... Uşaq üçün Jonsons baby gelini və vyetnamın ulduz balzamını götürdüm şkafdan... Sən yatağında oturmuşdun...
Massaj etməyi başından, saçlarından başladım... Çox yumşaq saçların var... Əllərimlə dostlaşdı saçındakı hər bir telin... Massaj etmirdim öncə, saçlarının dibindən ucunadək barmaqlarımla sığallayır, onları yumşaldır, başının dərisini rahatladır, gərginliyi götürürdüm, bir az saçlarınla oynadıqdan sonra sifətini, alnını, göz ətraflarını, qulaq ətraflarını, yanaqlarını, çənəni massaj etməyə başladım, vyetnam balzamını azacıq nöqtələrə qoyub massaj etdikcə, hiss edirdim ki, üzündəki gərginlik çıxır, sifətin yumşalır, rahatlaşır, qulaq ardını, baş ardını massaj etdim, başında gicgah nahiyəsini massaj etdikcə, sən elə boşalır və rahatlanırdıq ki, sanki uşaq və yüngül olurdun...
Üz və saçlarını massaj edib bitirdikdən sonra başını massaj etməyə başladım, başının ön və arxa tərəfini, ortasını yumşaq hərəkətlərlə, barmaqlarımla massaj etdim, başının dərisinin altında hiss edirdim ki, qan dövranı aktivləşib, qan işləyir beyninə, damarlarında ürək böyüntülərini, nəbzini hiss edirdim...
Deyəsən massaj ürəyincə idi...
Başını massaj etdikdən sonra isə boynunu və çiyinlərini massaj etməyə başladım... Damarlarında gərginlik hiss edirdim, sanki daşlaşmışdı... Daxili soyuqdəymən də var idi...
Əslində massaj etməyin mənfi tərəfi var massaj edən tərəf üçün... Həm səndən müsbət enerji gedir, həm xəstəlik, ağrı, neqativi massaj etdikcə yığırsan özünə... Həm də peşəkar massaj ustası deyilsənsə, massaj etmək gördüyün iş deyilsə, insanları tez-tez massaj etmirsənsə, yorulursan, biləklərin, əllərin ağrıyır.
Massaj edirəm boynunu, boğazının yanlarını, çiyinlərini... Onurğana doğru hərəkət edirəm, zərif toxunuşlarımla... Qollarını massaj edirəm, əllərini alıram əlimə, barmaqlarını massaj edirəm...
Əllərini bitirib belini massaj etməyə başlayıram... Belindən aşağıya doğru gedir əlim, öncə yumşaq yerlərini, sonra ayaqlarını, ayaq barmaqlarını, dabanını massaj edirəm...
Rahatlayırsan... Yuxuya gedirsən... Sənin üstünü yorğanla örtürəm, işığı söndürürəm, səs salmadan çıxıram otaqdan, səni oyatmamaq üçün digər otaqda yatıram...
Arada bir otağa girib yoxlayıram səni... Şirin yuxudasan...
Səhər açılmışdır... Səhər yeməyi süfrəsini hazırlamışam...
Sən də oyandın... “Sabahın xeyir”- dedim sənə gülümsəyərək, süfrəyə dəvət etdim... Hamama gedib əlini-üzünü yudun... Sonra səhər yeməyini birlikdə yedik...
Gələcəkdə seksual fantaziya, istək və üstünlüklərimizi, pozaları müzakirə etdik, porno videoya baxıb, gələn dəfə üçün bizə maraqlı gələn və yoxlamaq, yaşamaq istədiyimiz pozaları seçdik, burada da zövqlərimiz eynidir...
Sonra paltarımı dəyişdim... Musiqi qoydum ərəb rəqsini... Rəqs etdim sənin üçün... Ərəb rəqsindən çox striptizə bənzətdin rəqsimi... Gülüşdük...
Sonra həzin rəqs musiqisi qoydum... Romantik tək rəqs etdim... Mən rəqs etdikcə, sən ehtiraslandın... Məni istədin... Sən mənə doğru gəldikcə, mən uzaqlaşdım, rəqs edə-edə... Rəqs etdikcə, özümə, bədənimə, sifətimə, saçlarıma toxunurdum, özümü əzizləyib sevirdim... Sən baxıb yanırdın... Toxunmaq istəyirdin mənə... Sanki hazır idin... Az qalırdı məni zorlamağına...
Rəqs etdikcə, saçlarıma, üzümə toxunurdum əlimlə, musiqi ritmi ilə bədənimi hərəkət edirdim, belim hərəkətin içində əriyirdi, əllərimi belimə qoyub, özümü sanki qucaqlayırdım. Saçlarımı başımı fırladaraq dağıdırdım, sanki ehtiraslı, dəlilərin, sufilərin bir ruh azadlığının rəqsi idi. Musiqi sədaları altında yxo olurdum, uçurdum, öz musiqi, rəqs dünyamda idim, sanki səni də unudurdum. Rəqs etdikc, rahat olurdum, azad olurdum.
Əllərimi rəqs zamanı belimə, ayaqlarımın yuxarı hissəsinə toxunurdum, paltarımı bir az yuxarı qaldırıb salırdım aşağıya. Əlimi sinəmə atırdım, paltarımın üstündən döşlərimlə oynayırdım, əlimin birini dodağıma apardım, biri isə saçlarımda idi. Bir əlimlə səni işarələdim. Gəl, gəl işarəsi, dayan işarəsi, jestləri ilə səni dəli edirdim.
Musiqi məni necə qızışdırmışdısa, artıq özümü unutmuşdum, sərbəstləşmişdim. Dilimlə dodaqlarımı yalayırdım, əlimlə boğazımda gəzinirdim. Gözlərimi gah yumub, gah da açırdım. Baxışlarım səni çağırırdı.
Paltarımı çıxardırdım rəqs etdikcə, sən gözlərini yumub açırdın, əlinlə özünə toxunurdun... Mən sənə baxırdım, sənsə mənə... Dəli olurdun... Rəqs etdikcə, sənə gah yaxınlaşırdım, gah da səndən uzaqlaşırdım... Sən dəli olurdun... Nəfəsini, nəbzini hiss edirdim... Rəngin belə dəyişmişdi... Daxilində hərarət vardı... Yanırdı için...
Birdən musiqinin sonuna yaxın dayandım... Sənə baxdım, cəlb edən və ehtiraslı baxışlarımla... Oturdum qucağında və səni öncə yüngül və incə öpüşlərlə, sonra ehtiraslı, vəhşi öpüşlərlə öpməyə başladım... Sonra qalxdım ayağa, uzaqlaşdım... Sən dəli olmuşdun artıq...
Sonra isə geyindin, getdin evinə.
Mənə qalan o gündən bir xatirə oldu, hər yadım saldıqca, məni yandıran, ehtiraslandıran, coşduran, yenidən yaşamağa sövq edən xatirələr qaldı...
Əslində çox oxşarıq səninlə... Çox seçimlərdə... Həm mühafizəkarıq həm liberal, həm azadıq, həm kölə... Ziddiyyətlərimiz tamamlayır bizi.
Pozalardan tək bir qadağam vardı, 69 pozası, sevmirdim onu... Razılaşmışdın... Qrup seksinə, rol oyunlarına da razılaşmışdıq...
Hər bir kişinin arzusudur qrup seksi, rol oyunu, qadının seksual fantaziyasının olması və kişinin fantaziyasını tamamlaması... Qrup seksində qadağam vardı, başqa kişi olmasın amma... Başqa  qadın ola bilər... Ya da cütlük... Mənə səndən başqa kişi toxunmasın, başqa kişiylə paylaşma məni... Bi də deyiləm, homoseksual da deyiləm... Biseksual kimi seksual oyunları yoxlamamışdım, amma imtina da etmirdim. Geteroseksualam amma... Bir neçə qadınla ol, növbə ilə, mənsə baxım, tamaşa edim, sonra qoşulum sizə...
İlk dəfə üçün çox cəsarətli, ehtiraslı, maraqlı, həssas, fərqli və əvəzedilməz nələrisə yaşadım, yaşatdın mənə... Məyus olmadım, peşiman olmadım...
Səhv, doğru, haram, ya halal, yaşadıq...
“Nə yaxşı ki, sən varsan...”- deyirəm sənə... Doldurursan həyatımdakı bəzi boşluqları. Sənin yanında tənha hiss etmirəm özümə... Amma səndən nəsə tələb etmirəm, etmərəm də... Sən mənim deyilsən... Sən mənim ola bilməzsən...
         Sadəcə susaq, gələcəkdə nəsə təkrarlanarsa, susmalıyıq, kimsə agah olmamalıdır, kimsə bilməməlidir, sonra bizi qınayarlar...
Susaq, bilməsin kimsə, amandır... Sənin var itirəcəklərin, mənim isə yoxdur itirəcəyim... Mən tənhayam. İtirsəm, özümü ancaq itirə bilərəm...
A variantıdır doğru cavab, bu dəfəki cavabı ancaq biz bilirik, sən və mən... Bir də ki, Allah... 4 divar şahiddir günahımıza... Lal, kar, kor - 4 divar... Onlar susacaqdır.
A-ahdır, A-aaaadır, təəccübdür... A-aydınlıqdır... A- asılılıqdır...
Göndərilməyən məktublar:



II hissə: Sürprizləri sevirəm...
Bilirsən ki, sürprizləri sevirəm... Bir də susqunluq olan sirrləri çox sevirəm... Sirli nəsə cəlb edir məni özünə...
Bu gün iş günü deyil... Artıq məni o qədər yaxşı və yaxından tanıyırsan ki, sürprizdən savayı, təbiəti, təbiiliyi, saflığı çox sevdiyimi, piknik etməyi, dağa çıxmağı, çay və şəlalənin suyunun şırıltısını dinləməyi, ayaqlarımı suda isladıb yellətməyi, ilıq suya girib rahatlanmağı, meşəyə vurulduğumu bilirsən... Bilmirdim ki, unutmamısan bu sevgimi... Bilmirdim ki, mənə vardır sürprizin...
Bu gün zəng edib görüş təyin etdin mənə... Çatdım dediyin məkana... Önümdəki avtomobildən düşdün, salamlaşdıq, sonra gözümü qara parça ilə bağladın “Sürprizim var sənə” – sözlərini pıçıldadın qulağıma, gülümsədim yüngülcə, avtomobilə minməyə kömək etdin, bağladın qapını mən minəndən sonra... Bir az keçmədi, sən də keçdin arxa tərəfə, yanımda oturdun...
Gözümü bağlamağında bir məqsəd vardı, hara və necə, niyə getdiyimizi bilməyim, sürprizin pozulmasın...
Yolumuz deyəsən çox uzaq idi... Həyəcanlı olsam da, maraq məni üstələsə də, yol məni yuxuya apardı... Gözlərim də bağlı idi, qaranlıq dünya insanı yuxuya daha tez qərq edər...
Yuxuya getdiyimi, mışıl-mışıl yatdığımı, yollarımızı nəzərə alıb, başını qoyursan çiyninə, isti və doğma nəfəsini hiss edirəm, qolunu uzadırsan, sağ əlinlə tutursan məni sağçiynimdən, sanki qoruyursan, sanki qucaqlayırsan... Astaca, oyanmayım deyə, öpürsən yanağımdan, alnımdan... O biri əlinlə dağılmış və üzümə düşən saçlarımı yığırsan üzümdən ki, yuxuma mane olmasın... Yuxumu pozacaq və narahat edəcək hər şeydən uzaq tutursan məni... Həzin, klassik musiqi səsini eşidirəm, asta səs verilmişdir musiqiyə... Mənə laylay deyir bu musiqi, sanki nağıldayam, sanki yuxu dünyasındayam, xəyallarım gerçəkləşir sanki...
Bağlanmıram sənə... Sevmirəm səni bir kişi kimi... Bu bizə lazım deyil... Sadəcə dostumsan mənim, ən yaxın dostum... Sevgilim deyilsən... Kişimsən mənim... Sadəcə dostum və kişim... Bir dost sevgisi var aramızda, bir də bizi tamamlayan ehtirasımız...
Hara gedəcəyimizdən, planından xəbərsiz olduğum üçün hazır deyiləm... Nə su götürmüşəm içməyə, nə də ki, yolda acanda yemək üçün yeməli nəsə...
Maşın aşağı sürətlə gedir ki, məni oyatmasın yuxudan... Deyəsən, yatanda çox şirin oluram... Qıymır kimsə məni oyatmağa...
Rahatam, məsumam körpə uşaq kimi... Sənə güvənirəm axı...
Oyandığımda maşın dayanmışdı, hərəkət etmirdi... Toxunmadan mənə öpürsən məni, səndən gələn istiliyi hiss edirəm... O biri əlinlə əlimi tutursan, sıxırsan... “Sənə sürprizim var, səbr elə bir az... Əminəm ki, bəyənəcəksən” deyirsən, aşağı səslə... Kimsə eşitməsin deyə, bizdən savayı kimsə  agah olmasın dediklərindən... Sən və mən... Bu ikimizin sirridir axı...
Gözlərim hələ də bağlıdır... Əlimi sıxdıqca, içimdə nələr baş verir, ifadə edə bilmirəm... Sözlər acizdir bunu təsvir etməyin önündə...
“Bir günlük səni nağıl dünyasına, sirrlər xəzinəsinə aparacağam... Adamım, hazırsan? Gedirsən mənimlə?” deyirsən mənə pıçıltı ilə... Valeh oluram sakit və pıçıltılı ilə deyilən sözlərinə və qeyri-ixtiyari, qeyd-şərtsiz başımı yelləyirəm “hə” deməklə... İntizardayam, səbrsiz oluram artıq... “Sənə tapşırıram özümü... Nə olar, olsun... Razıyam, hazıram... Səninlə varam...” deyirəm cavabında... İkimiz də gülümsünürük... Əlinlə başımı qaldırırsan, üzümü çevirirsən özünə tərəf, yüngülcə dodaqlarımdan öpürsən... Əriyirəm şirin öpüşündən... İçim yanır, səni istəməyə başlayıram...
“Risk et, bu gecə hər yerdəyik, mənimləsən, bu gecə mənimsən” deyirsən, bu dəfə ehtirasla öpürsən məni dodaqlarımdan... Ürəyim sürətlə döyünür, nəfəsim tez-tez gedib gəlməyə başlayır...
Səninlə hər təcrübə, hər eksperiment, hər hərəkətə, dəliliyə varam... Bir-birimizi dəli edirik deyəsən...
Maşını idarə edən minir avtomobilə... Sən demə, onunla tək idik... “Hər şey hazırdır, zəng etdim ora... Yola davam edə bilərik, bəy” deyir sənə... Xoş intizarım artmağa başlayır, suallar məni rahatsız edir, xoş bir rahatsızlıqdır...
Yola davam edirik, yarım saatdan sonra maşın yenə saxlayır... Sən maşından düşürsən: “Məni gözlə, açma gözlərini, az qalıb, səbr et” deyirsən mənə...
Gözüm hələ də bağlıdır, səni maşında gözləyirəm...
Maşının yük hissəsinin qapısı açılır, nələrisə götürürsünüz oradan... Sonra maşının qapısını açırsan, əlimdən tutub maşından düşməyimə kömək edirsən... Gözlərimə bağladığını açırsan... Gözlərimi açıram... İlahi, bu necə gözəllik... Hardayam mən? Bura haradır? Ölmüşəm, cənnətə düşmüşəm, görəsən?!
Necə də gözəl mənzərədir... Çadır, arxa fonda, lakin çox da uzaq olmayan dağ, yaşıllıq, gözəlliyi görürəm, yaxınlıqda axan çayın səsini eşidirəm... Təmiz havanı çəkirəm ciyərlərimə, pis nə vardısa, azad edirəm, azadam tam... Mən azadam... Mən azad olub sirrlər xəzinəsinə və gözəl gerçəklik dünyasına düşmüşəm... Mən bir nağılın baş qəhrəmanıyam... Bu gün burada yazılacaq o nağıl... Hələ hər şey öndədir... Yaşamaq gözəldir...
Maşın gedir, səsini eşidirəm... Elə valeh və vurğun oluram ki, mənzərəyə, sanki bir anlıq səni də unuduram... Gəlib önümdə dayanırsan, tutursan əllərimdən, gülümsəyərək, deyirsən: “Bəyəndin? Bu hələ başlanğıcdır!”
Uşaq kimi sevinirəm, sevincimdən kövrəlirəm, atılıram qucağına, öpürəm səni... Bərk qucaqlayıb səni deyirəm sənə: “Bəyəndim, özü də çox... Haradan bildin ki, istədiyim yerdir bura... Bu qədər mahirsən sən, oxuyursan fikirlərimi, istəklərimi, beynimə girmisən?!”
Gülürsən, deyirsən: “Hər şey çox sadədir, səni tanıyıram, sən də mənim kimisən... Bilirdim ki, bəyənəcəksən...”
Mən uşaq kimi sevinirəm, fırlanıram, dəliliyim tutub, qaçıb dayanıram, birdən gözümə bir ağac sataşır... Sənsə, məni kənardan seyr edirsən, gülürsən... Susub, mənə baxırsan...
Biz burdayıq hələ də... Hava qaralmağa başlayır... Ağac fikrimdən getmir, tənha ağac, mənim kimi tənhadır, düz çəmənliyin içində... Uca, əzəmətli, gözəl, amma tənha ağac... Özümü xatırladır bu ağac, özümü tapıram onda...
Hava soyuyur... Ocaq qalayırsan... Odunları kim və haradan, necə gətirib, bilmirəm, maraqlı da deyil mənə... Mənə maraqlı, bir sənsən, bir mənəm, bu məkandır, bir də bu ağac...
Çadıra getmirəm... Sanki çadır məni sıxacaq, həbs edəcək... Təbiətlə birbaşa təmasda olmaq istəyirəm... Təbiət, sən və mən... Ocağın başında otururuq, qızınırıq istisində, işığında rahatlıq tapırıq, siluetimiz və kölgəmizi görürəm... Yanımda oturmusan... Bardaş qurmuşuq birbaşa otların üstündə...
Ocağa baxıram, ocaqda da görürəm özümü... Od kimiyəm axı... Yandırıram yandıqca... Odun işi yandırmaqdır...
Birdən sükunəti pozursan: “Necədir? Neyləyək indi? Ağlıma bir şey gəlib, gözlə...”
Çadıra gedirsən, saz gətirirsən, xalq havalarını çalırsan, birlikdə oxuyuruq milli xalq mahnılarımızı...
Birdən sən dayanırsan... Yenə sükunət... Baxışırıq... Sazı qoyursan kənara...
Bu dəfə sükunəti mən pozuram: “Çox sağ ol, canım... Bu günə görə... Nə yaxşı ki, sən varsan”.
Sən deyirsən mənə: “Tələsmə, hələ gün bitməyib, hələ sənə başqa sürprizlərim var, bircə sən tələsmə...”.
Gözlərimin içinə baxırsan... Romantik musiqi qoyursan telefonunda... Ən çox sevdiyim mahnı: Mareh Careydən “My hero” mahnısı...
Gözlərim dolur, əlimdən tutub, qaldırırsan məni, rəqsə dəvət edirsən... Tutursan belimdən, əllərimi boynuna sarıyırsan... Başımı da qoyuram boynuna, susuruq, rəqs edirik... Kaş bitməsin bu an... Bax belə, qucaqlayaq bir-birimizi, buraxmayaq! Yox, olmaz, əsla, sən mənim deyilsən, səni buraxmalıyam, səninəm, ancaq bu gecəlik...
İçimdə mücadilə başlayır, ehtiras, hisslər, ziddiyyət... Fırtınam sükunətimi udmaq istəyir, qaram işığımı, ağlım duyğularımı, ehtirasım isə dərrakəmi... Ancaq susuram, içimdədir bu təlatüm... Mən susduqca, ürək döyüntülərimdən oxuyursan iç dünyamı, hiss edirsən məni... Sözə ehtiyac yoxdur əslində... İndi bir gerçəklik var: bu gün, bura, biz... B variantı...
B-bu gündür,  B- başlanğıcdır, B-buradır, B-bizdir...
Rəqs etdikcə, sıxırsan məni özünə, bərk tutursan məni, sanki qaçacağam, sanki qaçmağa başqa kimsəm və ya yerim vardır səndən başqa...
Bir əlinlə saçlarımla oynayır, qoxlayırsan... Həmin əlinlə gəzirsən üzümdə, boynumda... İlıq bir hava dəyir mənə... Əriyirəm sanki yavaş-yavaş odumuzda...
Əlin düşür aşağıya, öncə çiynimə, sonra belimə, sonra beldən aşağıya... Əllərinlə qarın tərəfinə gəlirsən... Çıxardırsan üst paltarımı... “Dayan”, “Yox” deyə bilmirəm sənə... Çünki təslim olmuşam, çünki bu günlük səninəm... Sənə tabeyəm...
Paltarımı çıxardandan sonra çənəmi bir barmağınla qaldırırsan... Gözlərimə baxırsan, sonra dodağıma... Sakit başlayan öpüşlərimiz ehtiraslı və tələsik, cəld və sərt öpüşlərə çevrilir...
Öpüşdükcə soyundururuq bir-birimizi... Gözüm sənin arxandakı və bizdən çox da uzaqda olmayan ağaca sataşır... Ocağımız da yaxındır ağaca... Mən astaca qaçıram, əlin əlimdədir... Mən qaçdıqca, sən də qaçırsan... Sanki tələsirik... Ağaca yaxınlaşanda, yıxırsan məni otların üstünə...
Əlinlə bədənimdə gəzirsən... Öpürsən, sovurur, dişləyirsən bədənimi... Ehtiras qaldırır bədənimin hərarətini...
Boynumdan göbəyimədək bədənimdə hər nöqtəni acgözlüklə öpürsən... Bir az dişləyirsən, ağrıdır, amma xoş bir duyğudur... Sevirəm dişləməyini, sevirəm sonra izi qalsın diş izlərinin, bir az dərim göyərsin, qalsın nəsə bu gecədən yadigar...
Qaranlıq göy üzünü görürəm, buludlar var... Kaş ki, bir az yağış yağsın... Çimək, olsun bizə duş əvəzi...
Bir əlinlə döşümü sıxırsan, oynayırsan gilələri ilə, dişləyirsən, dartırsan özünə tərəf, bir əlinlə aşağıda ayaqlarımı aralayıb amcığıma toxunursan, amcığımın dodaqlarını aralayırsan, barmağınla girib çıxırsan, klitoruma toxunursan...
Dəli olmamaq mümkün deyil, qınamayın...
Barmağın girib-çıxdıqca, dəli oluram, inildəyirəm, hər yerim yanır, içim də, çölüm də... Səni istəyirəm, həsrətində, intizarındayam... “Gir mənə, səni istəyirəm” deyirəm... Sənsə tələsmirsən, oynayırsan sevişmə oyunu ilə...
Bədənim tərpənir həzzdən, barmağının hərəkəti ilə bədənimin aşağısı da qalxıb enir, kömək edir barmaqlarına, daha dərinə getməyə...
Əllərimlə başını, boynunu sığallayıram... Mənə baxırsan ehtiras dolu baxışlarınla...
Tələsirəm sənə doğru... Əlimi salıram aşağı, alıram “qızıl baş ilanı”nı əlimə, massaj edirəm sanki, xayalarına toxunuram, sıxıram ovcumda...
“Qızıl baş ilanı”n oyaqdır artıq, dik dayanıb... Bu məni lap dəli edir... Yıxıram səni... Qalxıram üstünə...
Əllərimlə toxunuram sənə, “qızıl baş ilanı”na, xayalarına, başımı əyirəm, salıram ağzıma onu, əllərimi də buraxmıram... Salıb çıxardıram ağzımda, ağzımın içində dilimlə yalayıram başını, yanlarını, çıxardıram ağzımdan, oynayıram barmağımla ucu ilə... Dilimi soxuram deşiyinə... Uff, ahhhlarını, iniltini eşidirəm... Həzz içindəsən...
Ağzıma alıram yenidən... Sovururam, yalayıram, dişləyirəm... Lap bərkiyir, istədiyim bu idi...
Sənə baxıram, gözlərini yummusan, həzzi yaşayırsan...
O qədər bərkiyir ki, ağzımdan çıxardıram “qızıl baş ilanı”nı, yandırıram özümü də, səni də, səbrim tükənir... Salıram “qızıl baş ilanı” amcığıma... Salıb-çıxardıram, gah tam salıram, gah ancaq yarısını, gah ancaq ucunu... Klitoruma sürtürəm onu...
Birdən lap dərinə salıram içimə... Yenə çıxardıram...
Bir neçə dəfə təkrar edirəm bunu...
Sonra lap dərinə salıram... İçimdə hərəkət etdirirəm onu... Tələsmədən, yavaş-yavaş... Hiss edirəm səni içimdə... Nə gözəl duyğudur bu...
Öpüb dişləyirəm dodaqlarından vəhşicəsinə, dəlicəsinə... Gözlərini açırsan... Hərəkət edirəm, aşağı, yuxarı, yanlara doğru, dairəvi dövr edir içimdə... Yanıram yenə səninlə bərabər...
Yeniliyi, fərqliliyi sevirəm, bunu bilirsən...
Darıxmamağım, yorulmamağım üçün pozamızı dəyişirsən...
Qalxırsan, sıxırsan məni ağaca, ayağımı qaldırırsan... Girirsən birdən içimə... Sərt hərəkətlərinlə içimdə dayanmadan hərəkətdəsən... Sükunət içində nəfəsimiz, ürək döyüntülərimiz eşidilir, bir də eşidilən ocaqda yanan odunun səsi... Ocaq odunu yandırdıqca, biz də bir-birimizi yandırırıq...
İçimdə sərt və ritmik hərəkətdəsən... Uçuram sanki... Bu dünyada deyiləm artıq... Hiss edirsən iniltimdən həzz yaşadığımı, dayanırsan, baxırsan mənə... İçimdəsən...
Cəld hərəkətlə çıxırsan içimdən, çevirirsən məni, yenə girirsən... Əllərinlə döşlərimi sıxırsan, ağacdan tuturam iki əlimlə... Ayaqlarımı aralamısan... Girib çıxırsan...
Boşalırsan içimdə... Sakitcə otururuq, başımız fırlanır, tənginəfəs olmuşuq... İkimiz də eyni anda boşaldıq... İçimdə hiss edirəm döyüntüləri... Sonra sən qalxırsan ayağa... Otların üstündən paltarlarımızı yığıb çadıra aparırsan... Sonra gəlirsən yanıma... Əyilib qucağına alırsan məni, salırsan çadıra... Üşüməyə və soyuğu hiss etməyə başlayıram... Çadırımız ocağımıza çox yaxındır... Yorğana bürüyürsən məni... Baxıb gülümsəyirsən, soruşursan məndən: “Necədir, bəyəndin?”
Başımla “hə” deyirəm, təsdiqləyirəm... Hələ də gəlməmişəm bu dünyaya... Hələ həzz dünyasındayam... Gözlərimi yumub açıram...
Yerdən süfrə salınıb. Süfrədə yemək, içmək üçün hər şey düzülmüşdür... Gülüb soruşursan məndən: “Yəqin ki, acmısan?! Mən acmışam... Özü də çox acmışam...”
Çölə çıxıb, çadırın yanında əlimizi yuyuruq su qabındakı su ilə... Keçirik içəri... Yorğana bürünmüşəm hələ də... Yorğanın altından paltarımı axtarıram... Tapıb geyinirəm...
Yorğanı atıram üstümdən... Bardaş qurub otururam...
Bir-birimizə baxırıq, gülümsəyirik, eyni anda bir-birimizə “Nuş olsun” deyirik, gülüşürük...
Əlimi atıram təndir çörəyinə... Bir parça sənə, bir parça özümə qopardıram çörəkdən...
Süfrədə bir yanda müxtəlif meyvələrlə dolu kasa vardır, bir tərəfdə qoz-fındıq, çərəz dolu kasa, bu kasada həm də parça-parça qırılmış şokolad vardır, bir yanda bal, bir yanda qatıq, kəsmik, nehrə yağı, xama, pendir, bir yanda göy-göyərti, pomidor, xiyar, bir yanda limonad, bir yanda qırmızı kəmşirin şərab, bir yanda kartof qızartması, kabab...
Musiqi dinləmək keçir könlümdən...
Sanki fikirlərimi oxumağa davam edirsən...
Telefonda yeni musiqi qoyursan: Duman “Senden daha güzel”. “Kimsəyi tanımadım ben, kimseye rastlamadım, senden daha güzel”... Bu qədər gözəl sözlər, bu mahnı seçimi mənə ünvanlanmışdı, ancaq və bu dəfə mənə aid idi, mənim üçün idi...
Çörəyin üstünə təbii nehrə yağı və pendiri çəkirəm, uzadıram sənə...
Sonra mahnı bitir, mahnını dəyişirsən. Yeni musiqi seçimin: Qriqori Leps “Ona krasiva”... Mənim haqqımda mahnıdır sanki...
Öz aləmimə çəkilirəm, musiqini dinlədikcə, düşünürəm, bəlkə bir az da kövrəlirəm, həssasam axı... Keçmişimi yada saldım, sevgilərimi, həyatımda olanları... Nələr düşündüyümü anladın bəlkə... Gəlib, yanımda oturdun, qucaqladın... Boynuna qoydum başımı, bir az və içimdə, bir azca gözlərimdən yaş axdı... Göz yaşı... Sifətimi əlinlə öz tərəfinə çevirdin... Silərək göz yaşlarımı dedin: “Ay dəli, ağlama, mən səninləyəm, yanındayam, kimsə xətrinə dəyə bilməz, kimsə incidə bilməz... Mən varam, ən yaxın dostun... Tək deyilsən artıq...”
Yeməyi yarımçıq qoyuruq... Viaqranın ifasında “Stop, Stop, Stop” mahnısı sədaları altında öpüşürük, dəlicəsinə, ehtirasla sevişirik musiqi templəri, ritmləri altında...
Otururam ayaqlarının üstündə, çəkirəm içinə qoxunu... Çəkirəm içinə toxunuşlarını hiss etdikcə səni... Əlimlə çıxardıram köynəyini, açıram şalvarının düyməsini... Soyundururam səni... Sonra otururum çılpaq qalmış “qızıl baş ilanı”nın üstündə... Bu gecə sanki bitməyəcək... Bir-birimizdən sanki doymayacağıq... Səhərədək dayanmadan sevişəcəyik sanki...
Vivaldinin “Ölümün tanqosu” səslənir... Sevdiyim ritm, sevdiyim musiqi... Əsl sevişmə musiqisi... Sevişmənin ölümlə, ehtirasın ağılla, işığın qaranlıqla, məsumluğun günahla tanqosudur...
Musiqi və sənlə sevişmək məni alıb aparır yenidən bu dünyadan... Həzzin zirvə nöqtəsindəyəm... Susmuram həzzdən... Səsimi eşitdikcə ehtiraslanırsan... Daha sərt, daha ağrılı, daha dərin təmasdayıq... Dayanmırıq... Girib çıxır, içimdə hərəkət edir... İçimdə gözəl duyğudur səni hiss etmək... Dəli olmuşuq... Ölümsüzlük aparır bizi... Zirvədəyik... Sən məni dogy stil vəziyyətinə gətirirsən, pozamızı dəyişirik, daha dərin girirsən içimə... Yenə birlikdə qurtarırıq, musiqi də bitir bizimlə birlikdə...
Sanki yorulmuşuq... Qurumuşam, divara sanki dırmaşıram... Sevişdikcə, dayanmamaq, davam etmək istəyirəm... “Dayanma, dayanma, davam edək” deyirəm... Sənsə, gülürsən... Bir az yorulmusan deyəsən... “Bir azdan davam edərik, gəl içək şərəfimizə” deyirsən, badəyə süzürsən şərabı içirik 3 badə, məst oluruq... Özümü tam azad hiss edirəm... Həm də azad deyiləm... Ziddiyyət var... Amma bir istəyim var... Səhər açılmasın... Bitməsin... Davam edək sevişməyə... Hər dəfə yeni pozada, yeni kəşflər edək, sevişməmizə rəng qataq... Maraqlıdır sənlə... Yanıram sənlə... Daha öncə belə sevişməm olmamışdır... Səni müqayisə edə bilmərəm... Sən fərqlisən... Çox fərqlisən... Səni istədikcə, istəyirəm... Səni çox istəyirəm...
Vivaldini çox sevirəm... Hər musiqisini yaşayıram, hər musiqisində yaşayıram...
Səhər açılmamış bir az yatırıq... Bilirsən axı istəklərimi... Səhər erkən vaxtlarında sevişməyi çox sevirəm... Sevişərək yuxudan oyanmağı çox sevirəm... Səhər sevişməyi mənim üçün səhər yeməyi kimidir...
Bilmirdim, burada daha bir gün qalacağımızı, burada gəzişəcəyimizi... Sürprizin var idi mənə... Səhəri sevişərək açmaq sürprizindən başlayaraq, gün xoş başladı... Səhər ağzıma gilas dənəsini qoydun, bədənimdə xoş sərinlik hiss edirdim... Şərabı azacıq bədənimə tökmüşdün sən demə... Bədənimdən yalayaraq içirdin şərabı... Bu məni ehtiraslandırır, həzz verirdi mənə... Təxəyyülün varmış... İstəklərimiz bu qədər üst-üstə düşür... Sehirbazsan deyəsən... Yoxsa, bu qədər oxşardır və eynidir seksual fantaziya və istəklərimiz? Bilmirəm... Bir onu bilirəm ki, çox razıyam... Minnətdaram...
Meyvələri düzürsən bədənimə, hərəkət etdirirsən bədənimdə üzüm dənələrini, sinəmə tərəf qaldırıb yeyirsən... Ağzına alırsan bir dənəsini də... Ağzından ağzımla alıram bu dənəni... Öpüşməyə başlayırıq... Ayaqlarımı düz qaldırırsan boynuna doğru... Dik yuxarıya doğrudur ayaqlarım... Girir içimə “qızıl baş ilanı”n... Girib çıxardırsan, ucunu sürtürsən klitoruma, sürtürsən dodaqlarına amcığımın... Ehtirasdan yanmağa başlayıram yenidən... Birdən girirsən... Tam girirsən içimə... Dərinə... Sərt hərəkətlər edirsən, yuxarıdan aşağıya, yandan yana doğru... İçim ağrıyır, amma hiss etdiyim ağrı deyil, həzzdir... Həzzin pik nöqtəsidir... Sonra yanımda uzanırsan... Yana tərəf çevirirsən məni... Bir ayağımı qaldırıb girirsən içimə... Lap dərinə... G nöqtəsinə dəyir “qızıl baş ilanı”nın başı... Dəydikcə nöqtəyə, həzzi yaşayıram, sanki boşalıram... Dəlicəsinə və vəhşicəsinə sevişirik, dişləyirsən boynumu, sıxırsan bir əlinlə əlimi, bir əlinlə tutursan qarnımdan, çəkirsən özünə tərəf... Qaçmıram ağrılardan... Həzzimi yaşayıram... Boşalıram, sən də boşalırsan... İkimiz də razıyıq, rahatıq... Uzanırıq bir müddət belə...
“Razı qalırsan? İstədiyini verə bilirəm?” - soruşursan məndən... Gülümsəyib “Çox... Çox razıyam... Çoxunu verirsən...” cavabını verirəm, dodağından öpürəm...
Oyanıb əllərimizi, üzümüzü, aşağı ətrafımızı isti suda yuyuruq... Səhər yeməyini yeyib, gəzməyə gedirik...
Səsini eşitdiyim çayın kənarına gəlirik, meşəni keçdikdən sonra... Çayın bir tərəfində şəlaləni görürəm... Necə gözəl mənzərə var... Aşiq oluram bu mənzərəyə... İstədiyim yer... Təbiət, sən və mən...
Çay kənarında otururam... Ayaqlarımı salıram çaya... Sən soyunub girirsən çaya çimməyə... Ayağımdan dartıb, məni də paltarla birlikdə çaya salırsan... Çayın sərin, ilıq suyu bədənimə dəydikcə, rahatlanıram... Bir yandan çayın təması, bir yandan sən və sənin əlin... Öpüşürük, əlinlə aşağıda paltarımı çıxarırsan... Çayda otururuq, çayın ortasında sevişməyə başlayırıq... Çıxırıq çaydan... Çay kənarında uzanıb sevişməyə davam edirik... Sudan çıxdığımı, üşüdüyümü hiss etmirəm... İsti bədənin və ehtirasın məni qızdırır...
Şəlaləni görüb ora qalxmaq, mağaraya girmək istəyirəm... Qoymursan, qalxa bilməyəcəyimi deyirsən... İnad edirəm... Sən ehtiyat edirsən, zarafata salırsan... İnad etməyə davam edirəm... Söz verirsən ki, nahar etdikdən sonra gedəcəyik... İndi çadıra gedib, nahar etməliyik, paltarımızı dəyişməliyik... Gedirik çadırımız tərəfə...
Naharımızı edirik, paltarlarımızı dəyişirik... Gedirik dağa doğru... Çıxırıq dağa, hündür bir dağ deyil əslində... Şəlaləyə çox yaxın yerdəyəm, əlimi uzadıram şəlaləyə doğru, yuyuram əlimi şəlalənin suyunda, çətinliklə də olsa, keçirəm şəlalənin altına, paltarlarımı çıxardıb, çimirəm... Sərin, ilıq şəlalə suyunda çimməkdən gözəl duyğu varmı? Şəlalə altında çılpaq bədənim səni ehtiraslandırır... Sən də gəlirsən, paltarını çıxardıb girirsən şəlalənin altına... Qucaqlayıb, öpürsən, əllərinlə bədənimdə gəzinirsən... Əlin aşağıya düşür, barmağını amcığıma soxub çıxardırsan... Hazıram... Əyilirsən aşağı, göbəyimi, amcığıma yaxın əraziləri öpüb yalayırsan... Həzz yaşadırsan mənə... Barmağını çıxardırsan... Yenidən salırsan... Dodağınla amcığımın dodaqlarını öpüb sovurursan... Sanki bu dünyanın varlığı deyilik... Dilini salırsan barmağını çıxardaraq, dilini salıb çıxardırsan... Dəli oluram, inildəyirəm... Bir az yalayıb, dilini salıb çıxartdıqdan sonra qalxırsan ayaq üstünə... Ayağımın birini belinə qoyur, məni arxaya əyib, bədənimi yalayıb öpürsən, dişləyirsən... Sonra “qızıl baş ilanı”n girir amcığıma, içimə... Yenə ehtiras və dəlicəsinə sevişmək, hərəkətlər, sıxışma, sanki sevişmirik, sikişirik... Fahişənəm sənin... Sikirsən məni hər yerdə, istədiyin zaman... Bu məni çox sevindirir... Sən məni istəyirsən... Sən məni mən istədiyim şəkildə istəyir, sikirsən... Sən xəyallarımı gerçəkləşdirir, məni razı salırsan... Dəlicəsinə öpüşürük, sikişirik... Yenə boşalırıq... Yerdə oturub istirahət edirik şəlalənin altında... Şəlalə yuyub aparır bizim odumuzu, günahlarımızı... Haramımızı yuyub aparır, sevişməmizin izlərini yuyub aparır...
Sonra geyinirik paltarımızı, qayıdırıq çadıra... Şam yeməyimizi yeyirik, maşın gəlir, minib qayıdırıq şəhərə... Heç nə olmamışıq ki, yaşamağa davam edirik... Evdəyəm... Gözlərimi yumub, bu gün yaşadığımızı hiss edirəm, gözlərim önündə canlanır o anlar... Dayan, Adamım, bu qədər istəmə... O, sənin deyil... İstəmə...
Niyə səni seçdim?! Çünkilər, səbəblər çoxdur...
Sənlə çox rahatdır... Sən artıq sual vermirsən... Sən öhdəlik qoymursan üzərimə... Asılı etmirsən məni... Almırsan azadlığımı əlimdən... Qısqanmırsan... Hesabat tələb etmirsən... Bezdirmirsən... Dost sevişməsi... Sadəcə olaraq, dost kimi sevişirik... Sevgi, hiss olmadan... Hər kəs sərbəstdir, öz həyatını yaşayır...
Biz sadəcə dostuq... Kənardan hər kəs və özümüz üçün dostuq, ən yaxın dost, etibar etdiyim dost və sirdaşım... Nə yaxşı ki, sən varsan...
Yolda soruşdum səndən, hardan bildin istəklərimi... Sənsə, cavab verdin: Çox sadə. Sənin yaradıcılığınla tanışam... Yazında yazmışdın... “Bilirsən, nə istəyirəm?!” yazın mənə kömək etdi.”
O yazım hələ də yadımdadır. Eh... Nələr istəmirdim o yazımda. Anlayan da oldu, anlamayan da, qınayan da oldu, qınamayan da... Barış Mançonun ifasında mahnını dinləyirəm “Gülpəmbə” və səni yada salıram...
Hərdən deyildir, çox zaman yuxusuz qalıram, yatmaq istəmirəm. Özüm qovuram yuxumu. Hər kəs dərd edir mənim seksual həyatımı. Necə olur ki, sekssiz yaşaya bilirsn? Seks oyuncaqları, yuxuda sevişmək və qurtarmaq öncə xilas edirdi məni. Seks istəyəndə, ya saatlarla piyada gəzinirdim,  ya içib yatırdım, ya da ki, yazı yazırdım. Enerjimi, ehtirasımı, təxəyyülümü nəyəsə yönəltmək lazımdır axı. Hər kəslə yatağa girmək sevişmək olmur. Etibar etmək bir yandan seksual və ehtiras baxımdan uyuşmaq digər tərəfdən. Seçmək, yüz ölçüb biçməkdənsə, hamıya rədd cavabı asan idi. Vaxt getmirdi, əsəb getmirdi. Amma sən varsan artıq, həm uyğunsan mənə, seksual fantaziyalarımız üst-üstə düşür, həm də etibarlısan.
 Nə qədər cəmiyyəti inkar etsək də, cəmiyyət, ictimai qınaq təsir edir, sənin valideynlərinə, ailənə, ətrafında olan şəxslərə. Cəmiyyət ən yaxınlarını qınayır, onlara təzyiq edir, təsir edir. Ən yaxnların isə sənə... Qadın tənha olanda daha ağırdır. Eh...  Kimdir qadının istəklərinə, arzularına, ehtiyaclarına baxan. Əsas kişidir bizim cəmiyyətdə. Qadın qadağalar üçün yaradılmışdır, qınaq obyektdir. Kişi isə keyfini sürür, qadağalarsız, qınanılmır.
Çox danışmayım. Yormayım.
Bilirsən, əziz dostum, bəlkə sən də qınayırsan məni, əlçatan sayırsan bəlkə də sənin üçün fahişələrin sırasındayam, bəlkə də məni də yüngül əxlaqlı sayırsan. Sadəcə dost seksinə görə susursan. Bəlkə sən də tam səmimi deyilsən.
İçimdə bir az şübhələr vardır. Düzgün etmirəm bilirəm, sən də bilirsən. Amma nəsə cəlb edir bizi, dayana bilmirik. Bilmirəm bunun adı nədir? Buna nə ad qoyaq?! Qərbsayağı sərbəst münasibətlər, seks dostsayağı, öhdəliklərsiz, tam azad?!
Davam edək?! Cavablar verildi bu gün... Doğru variant C...
C-cavabdır, C-cəldlikdir, C- cazibədir, C-cəsarətdir, C-cinsi istəklərdir, C-cəmiyyətdir.